Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1591/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Səbail Rayon Polis İdarəsi 8-ci Polis bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsindən daxil olmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 09 avqust 2021-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, xx.xx.1976-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində 09 avqust 2021-ci il tarixdə MN ******* nömrəli protokola baxaraq müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətindədir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixdə tərtib olunmuş MN seriyalı 1100277-2055 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.1976-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs 18 iyul 2021-ci il tarixdə həyat yoldaşı X3 vuraraq ona xəsarət yetirmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin sahə rəisi X7, inzibati protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, həyat yoldaşı X3 aralarında yaranmış mübahisə zamanı onu itələmiş lakin, onu vurmamış və xəsarət yetirməmişdir. Əməlindən səmimi peşmandır, səhvi varsa zərər çəkmiş şəxsdən üzr istəyir və onunla barışmaq istədiyini bildirərək, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 qızı ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə yaşadığı evdə olan zaman həyat yoldaşı Şəxs onu döyərək xəsarət yetirmişdir. O, on səkkiz ildir ailə qurub və müddət ərzində dəfələrlə Şəxs tərəfindən döyülüb, söymüşdür, lakin şikayət etməmişdir. Şəxs bağışlamadığını bildirərək, onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 23 iyul 2021-ci il tarixli rəyinə əsasən X8 qızının bədənində müəyyən edilmiş xəsarətlər- sağ bazunun orta 3/1-nin arxa-iç və ön iç, sol bazunun orta-yuxarı 3/1-nin iç səthinin qançırı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni, 18.07.2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə fiziki güc tətbiq etmə nəticəsində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında iş materiallarını araşdıraq belə hesab edir ki, Şəxs 18.07.2021-ci il tarixdə X8 qızı ilə aralarında ailə məişət zəminində baş vermiş münaqişə zamanı sonuncunu döyərək, X8 qızına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Belə olan halda, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi var və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunan əməlin inzibati tənbeh olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və normalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq, Şəxs peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə bərəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibatı tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1591/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1591/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver