Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1592/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 nümayəndəsi X1iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,xx xxxxx 2020-ci il tarixdə saat 10:56-da Azneft dairəsində xidmət aparan DİN əməkdaşı, polis X2 tərəfindən edarə etdiyi avtomobil saxlanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasıyla təqsirli bilərək ona protokol tərtib edib 100 manat məbləğində cərimə edilmişdir. Polis əməkdaşından səbəbi soruşduqda əlcək taxmamağı səbəb göstərmişdir. O, polis əməkdaşına əlcək taxmamağa görə qanunvericilikdə cərimə nəzərədə tutulmadığını bildirsə də, polis nəfəri onun etirazını qəbul etməmişdir. Həmçinin polis serjantının ikinci iradı SMS icazə almadan evdən çıxması olmuş, o, buna da etiraz edərək hələ SMS icazə xidməti ilə bağlı qərarın qəbul edilmədiyini bildirmişdir. Ancaq o, inzibati xəta haqqında protokol tərtib etməkdə israrlı idi. Təxmin 1 ay sonra o, DİN 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Göstərdiklərini nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətini müdafiə edərək barəsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi X3 Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarı müdafiə edib, X4şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X7 xx.xx.2020-ci il tarixdə, saat 10:56 radələrində, idarə etdiyi “Nissan Sunny minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, Bakı şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən saxlanılaraq barəsində İXM-nin 211-ci maddəsinin tələblərini pozduğu üçün inzibti xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında İlqar Kərimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X5istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavaitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidmətini vəzifələrini icra etmək məqsədi ilə icazə verilmişdir. Göründüyü kimi həmin qərarda nə əlcək taxmaq, nə də SMS icazə almaq zərurəti göstərilməmişdir. Lakin polis nəfəri bütün bunlara məhəl qoymayaraq, X7 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən qərarın yuxarıda göstərilən tələblərini pozaraq, qərarla müəyyən edilməmiş əsaslarla qanunsuz və əsassız protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, X4təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4şikayəti təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 inzibati tənbeh vermə haqqında xx xxxxx 2020ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) günmüddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1592/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1592/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver