Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1593/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,xx xxxx 2020 tarixdə Bakı şəhəri, Mikayil Müşviq küçəsində ona məxsus BMV markalı **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ona saxlamaq əmri verdi və o, avtomobili saxladıqdan sonra YPX əməkdaşından saxlama səbəbini soruşmuş o isə ona icazəsinin olub-olmadığın yoxlamaq üçün saxladığını bildirdi. İcazəsinin olduğunu bildikdən sonra ona avtomobilində konstruksiya dəyişikliiyinin olduğunu və bu dəyişikliyin texpasportda M hərifinin qeyd olunmadiğı və avtomaşının duracağa qoyulacağını bildirdi. O, isə ona bunun qanunsuz olduğunu və bu barədə nə İXM-də, nə YHQ-da və nə də DİN Yol patrul xidməti haqqinda təlimatda əks olunmadığını bildirdi və buna ehtiyac olmadığını bildiri. Daha sonra YPX əməkdaşı maşının səsboğucu sisteminə irad bildirdi. O isə ona maşında səs boğucusundan çıxan səsi və mühərrikdən çıxan tüstünün xüsusi alət və vasitə ilə ölçməsinin hüququnun olduğunu bildirdi. Bundan sonra YPX əməkdaşı ona avtomobil idarə edərkən maskadan istifadə etmədiyinə görə cərimə yazacağını bildirdi. O, isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 nömrəli, xx xxx 2020-ci il tarixli qərarını izah etmişdir. Bildirir ki, şəxsi avtomobilində maska taxmağa məcbur deyil və maska taxmadığına görə də heç bir inzibati məsuliyyət yaratmadığını bildirdi. O, isə qərəzli şəkildə onunla kobud rəftar edərək, ona İXP ******* saylı inzibati xəta barədə protokol təıtib etdi. O, protokolla razı olmadığını və bu barədə şikayət edəcəyini bildirdi. Sonradan Bakı şəhər, Baş Polis İdarəsinə yaxinlaşaraq, həm yazılı şəkildə həm də asanpay kabinetindən Online qaydada DİN BBDYP-nin rəhbərliyinə ərizə ilə müraciət etdi. 1 aydan sora ona online şəkildə, xx.xx.2020-ci il tarixli, 046-62697-İ-4220 saylı bir məktub gəlmişdir. Həmin məktubda (məktub şikayətə əlavə olunur) qeyd olunmuşdur ki, “Yol hərəkəti qaydasını pozmağınız xüsusi texniki vasitə ilə qeydiyyata alınmış videogörüntüdə təsdiqini tapmışdır.” Bu isə əsassızdır. İXP ******* saylı inzibati xəta protokoluna dair qəbul edilmiş qərar xx.xx.2020-ci il tarixdə tərtib olunsa da, ona rəsmi qaydada təqdim edilməmişdir. İXM-nin 211-ci maddəsi yol hərəkəti əlehinə olan xəta deyil əhalinin sanitariya-gigyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Qanunvericiliyə əsasən yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitəvideogörüntü ilə qeydiyyata alınır. Bu halda İXM -nin 211.2-ci maddəsinə görə inzibati xəta videogörüntıi ilə qeydiyyata alına bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı, xx xxx 2020-ci il tarixli qərarına əsasən 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. DYP tərəfindən tərtib edilmiş İXP ******* saylı eyni zamanda ona görə də qanunsuz və əsassızdır ki, DYP əməkdaşı mənim avtomobilinə saxla əmri verərkən o avtomobildə olmuşdur. Avtomobildə isə maskadan istifadənin məcburi olması nə NK-nin yuxarıda qeyd olunan qərarında nə də İXM-nin 211- ci maddəsinə qeyd olunmamışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta barədə qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Mikayil Müşviq küçəsində ona məxsus “BMW” markalı **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ona saxlamaq əmri verdi və o, avtomobili saxladıqdan sonra YPX əməkdaşından saxlama səbəbini soruşmuş, o isə ona icazəsinin olub-olmadığın yoxlamaq üçün saxladığını bildirdi. İcazəsinin olduğunu bildikdən sonra ona avtomobilində konstruksiya dəyişikliyinin olduğunu və bu dəyişikliyin texniki pasportda “M” hərfinin qeyd olunmadığı və avtomaşının duracağa qoyulacağını bildirdi. O, isə ona bunun qanunsuz olduğunu və bu barədə nə İXM-də, nə YHQ-da və nə də DİN Yol patrul xidməti haqqında təlimatda əks olunmadığını bildirdi. Daha sonra YPX əməkdaşı maşının səsboğucu sisteminə irad bildirdi. O isə ona maşında səs boğucusundan çıxan səsi və mühərrikdən çıxan tüstünün xüsusi alət və vasitə ilə ölçməsinin hüququnun olduğunu bildirdi. Bundan sonra YPX əməkdaşı ona avtomobil idarə edərkən maskadan istifadə etmədiyinə görə cərimə yazacağını bildirdi. O qeyd etmişdir ki, şəxsi avtomobilində tibbi maska taxmağa zərurət yoxdur. Baş verən hadisənin vidogrüntüsünü məhkəməyə təqdim edərək Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 nümayəndəsi X5 şikayətə etiraz edərək barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayəti əsassız olduğundan təmin edilməməsini və Bakı şəhər BPİ DYPİ-nin X7 İşlər üzrə icraat şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X6 idarə etdiyi “BMW” markalı **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən karantin rejimi qaydalarının yoxlanılması ilə bağlı sürücüyə yaxınlaşmış, yaşayış yerini tərk etməsi ilə bağlı icazəsinin olub-olmamasını yoxlamışdır. Yoxlama zamanı sürücünün icazəsinin olması müəyyən edilmişdir. Lakin həmin vaxt sürücüyə dəfələrlə tibbi maskadan istifadə etməsi xahiş edilsə də, sürücü buna məhəl qoymayaraq maska taxmaqdan imtina etmiş və bunun əksi olaraq siqaret yandıraraq çəkməyə başlamışdır. Bundan əlavə sürücü saxlanılarkən ona qarşı heç bir kobudluq, hörmətsizlik və xoşagəlməz rəftar edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki,şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə, saat 20:02 radələrində idarə etdiyi “BMW” markalı **- EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən epidemiya əleyhinə rejim sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş baş verən hadisənin videogörüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, Yaqub İbrahimov dpvlət yol polisi əməkdaşı ilə söhbət edən zaman tibbi maskadan istifadə etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 idarə etdiyi “BMW” markalı **-EJ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən karantin rejimi qaydalarının yoxlanılması ilə bağlı sürücüyə yaxınlaşmış, yaşayış yerini tərk etməsi ilə bağlı icazəsinin olubolmamasını yoxlamışdır. Yoxlama zamanı sürücünün icazəsinin olması müəyyən edilmişdir. Lakin həmin vaxt sürücüyə dəfələrlə tibbi maskadan istifadə etməsi xahiş edilsə də, sürücü buna məhəl qoymayaraq maska taxmaqdan imtina etmiş. Ona görə də Yaqub İbrahimov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzuibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, 100 manat məbləğində cərimə edilmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, ona polis əməkdaşları tərəfindən qərəzli şəkildə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol tərtib edilərkən ona qarşı inspektor tərəfindən kobudluq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçinin göstərdiyi dəlillər xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, araşdırma zamanı həm məhkəmə iclasında X6 barəsində xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzuibati xəta haqqında protokol tərtib etmiş inspektor dindirilmiş, eləcə də videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X6 idarə etdiyi “BMW” markalı **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən karantin rejimi qaydalarının yoxlanılması ilə bağlı inspektor sürücüyə yaxınlaşmış, yaşayış yerini tərk etməsi ilə bağlı icazəsinin olub-olmamasını yoxlamışdır. Yoxlama zamanı sürücünün icazəsinin olması müəyyən edildikdən sonra, sürücüyə dəfələrlə tibbi maskadan istifadə etməsi xahiş edilir, o, isə buna məhəl qoymayaraq maska taxmaqdan imtina etmişdir. Göründüyü kimi inspektor tərəfindən sürücü X4 heç bir kobudluq, hörmətsizlik və xoşagəlməz rəftar edilməmişdir. Bununla da, Yaqub İbrahimovun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən X7 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X7 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi X7 işlər üzrə icraata başlamağa səbəb ola bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X6 xx.xx.2020-ci il tarixdə, saat 20:02 radələrində idarə etdiyi “BMW” markalı **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkan yol-patrul inspektoru tərəfindən saxlanılan zaman sonuncu ilə ünsiyyət zamanı fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməsi karantin rejiminin tələblərini pozmuşdur. Məhkəmə heab edir ki, X3 məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1593/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1593/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver