Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1596/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə yerləşdirdiyi poçt markası almaq üçün X2 məxsus kart məlumatlarını əldə edərək hesabından 500 manat pul çıxarmış və qanunsuz narkotik vasitə istifadə etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis kapitanı X6protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 özünə məxsus poçt markasını satmaq istədiyi barədə elanına görə onunla əlaqə saxlayaraq poçt markasını almaq istədiyini və pul köçürməsi üçün kart məlumatlarını istəmiş, X2 məxsus kart məlumatlarını əldə edərək hesabından 500 manat pulu digər karta köçürmüşdür. Bundan əlavə xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, tanışı Nicatla birlikdə Badamdar qəsəbəsinə gəlmişlər. Onlar qəsəbəyə tanışları gilə qonaq gəlmişlər. Taksidən düşən zaman onlar ərazidə olan polis əməkdaşlarını görmüş narahat olmuşlar. Polis əməkdaşları onların narahatçılığını görüb onlara yaxınlaşmış, onlar isə ciblərində olan psixotrop maddə metamferamin olduğu üçün narahat olub yerə atmışlar. Bundan sonra polis əməkdaşları onların bu hərəkərtlərinə dərhal reaksiya verərək yerdə olan bükümü götürərək onları 41-ci PB-yə dəvət etmişlər. Suallara cavab verən Şəxs oğlu bildirmişdir ki, yerə atdıqları 2 ədəd bükümün biri özünə digəri isə tanışı Nicata məxsusdur və həmin bükümlərin içində psixotrop maddə metamfetamin vardır. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan raportdan görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfviq küçəsi ev 42 A-da qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı X5 xx.xx.2022-ci il tarixdə Səbail RPİ 41-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, +**********42 nömrəli telefondan onunla əlaqə saxlayan şəxs onun internetdə yerləşdirdiyi poçt markasını almaq üçün ondan köçürmə etfhəsi üçün kart məlumatlarını istəmiş , məlumatları aldıqdan sonra isə hesabında 500 manat pul çıxardığını bildirmişdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında Səbail RPl-nin 41-cu polis bölməsində toplanmış HK- 1-116 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, material üzrə dələduzluq əməlini törətmiş naməlum şəxsin şəxsiyyətinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Səbail RPİ-nin 41-ci PB-nə həvalə edilməsi qərara alınmışıdır. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 00:15 radələrində 41-nin ərazisində 2443 çağırışlı avtopartulda xidmət aparan zaman Badamdar qəsəbəsi 3-cü yaşayış massivdə **-OV-*** dövlət nömrə nişanlı avtomobili görmüşdürlər, avtomobilin içində bir nəfər sürücü bir nəfər sərnişin bir nəfər isə qaranlığda nəsə axtardıqlarını görmüşlər. Polis əməkdaşları onlara yaxınlaşandan sonra sənədlərini təqdim etməyə bildirmiş, onlardan birinin sürücülük vəsiqəsinin olduğunu bildirmiş digəri iki nəfər şəxsdə isə sənədlərin olmadığını və qeyri adi hərəkətlər etdiyini görmüş və ikisində üzərində olan narkotik vasitəyə oxşar bükümləri yerə atdıqlarını aşkar etmişlər.Həmin bükümləri götürməklərini xaiş etmişlər və onlar bükümləri götürdükdən sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə dəvət olunmuşlar. Bölmədə məlum olmuşdur ki həmin şəxslər xx.xx.1985-ci il təvəllüdlü X7 və xx.xx.1986-ci il təvəllüdlü Şəxsdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında Qərardan görünür ki, vətəndaş Şəxs və X4 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişvə Şəxs və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin aidiyyəti əməkdaşına verilmişdir. Vətəndaş Şəxs və X4 təqdim etdiyi biri çəkisi 0.023 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin digəri isə çəkisi 0.046 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 02 (iki) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında tutma protokolundan görünür ki, Şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 20:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə DİN-in ƏÇPA-nın 4cü patrul bölüyünün polis nəfərləri tərəfindən PB-yə daxil olmuş raporta əsasən ünvan 2 ünvanında yaşayan Şəxs (0,023 qram kustal üsulla hazırlanmış psixotrop maddə metamfetamin) və ünvan 3 ünvanında qeydiyyatda olan X7 (0,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin) narkotik vasitələrin qanunsuz üzərlərində saxlanılması və üzərlərində gəzdirilməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdikləri üçün müvafiq tədbir görülməsi üçün Səbail RPİ 41-ci PB-yə göndərilmiş təqsirləndirilən şəxslər Şəxs və X7 ilə birgə 2 ədəd möhürlənmiş (0,023 və 0,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin) zərflər saxlanılması üçün Səbail RPİ-yə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli 6/5549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün №- 239” möhür əksi, “Vətəndaş Şəxs İroreveçin təqdim oğlunun təqdim etdiyi” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd folqa kəsiyində yaxıntı vəziyyətində olan maddə təmiz çəkisi 0.023 qram kustar üsulla hazırlanmış psixotrop vasitə-metamfetamindir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 28 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Səbail RPİ-nin 41-ci PB tərəfindən 0.023 qram ağ kristal maddə qəbul edilmiş, 0,01 qram nümunə götürülmüş, 0,013 qram maddə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı Probasiya İdarəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş Səbail rayon Polis İdarəsində saxlanılan 0,013 qram psixotrop vasitə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1596/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1596/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver