Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1597/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yevlax raynunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ünvanında olan evdə olan preparator aparatını oğurlamış və qanunsuz narkotik vasitə istifadə etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis kapitanı X5protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırda dəymiş zərər tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ona məxsus mənzilin həyətində təmir işləri getdiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixləri arasında həyətdə olan «Bosh» firmasına məxsus mektap deşik açan aparatının oğurlandığını və bununla bağlı polisə müraciət etdiyini, hazırda Şəxs ilə barışdığını ona qarşı şikayət və tələbinin olmamasını bildrmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir, İXM-nin 227-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv 707-ci sahə mənzil 0707-də yaşayan vət.X4, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Səbail RPİ-nin 41-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyd etdiyi ona məxsus mənzilin həyətində təmir işləri getdiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixləri arasında həyətdə olan «Bosh» firmasına məxsus mektap deşik açan aparatı naməlum şəxs(lər) tərəfindən oğurlandığından həmin şəxs(lər)in müəyyən edərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın icrası qeyd olunan əməli törətmiş naməlum şəxs(lər)in şəxsiyyətinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Səbail RPl-nin 41-ci PB-yə həvalə edilməsi qərara alınmışıdır. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 00:15 radələrində 41-nin ərazisində 2443 çağırışlı avtopartulda xidmət aparan zaman Badamdar qəsəbəsi 3-cü yaşayış massivdə **-OV-*** dövlət nömrə nişanlı avtomobili görmüşdürlər, avtomobilin içində bir nəfər sürücü bir nəfər sərnişin bir nəfər isə qaranlığda nəsə axtardıqlarını görmüşlər. Polis əməkdaşları onlara yaxınlaşandan sonra sənədlərini təqdim etməyə bildirmiş, onlardan birinin sürücülük vəsiqəsinin olduğunu bildirmiş digəri iki nəfər şəxsdə isə sənədlərin olmadığını və qeyri adi hərəkətlər etdiyini görmüş və ikisində üzərində olan narkotik vasitəyə oxşar bükümləri yerə atdıqlarını aşkar etmişlər.Həmin bükümləri götürməklərini xaiş etmişlər və onlar bükümləri götürdükdən sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə dəvət olunmuşlar. Bölmədə məlum olmuşdur ki həmin şəxslər xx.xx.1985-ci il təvəllüdlü Şəxs və xx.xx.1986-ci il təvəllüdlü X3. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında Qərardan görünür ki, vətəndaş Şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişvə Şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin aidiyyəti əməkdaşına verilmişdir. Vətəndaş Şəxs və Şəxs təqdim etdiyi biri çəkisi 0.023 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin digəri isə çəkisi 0.046 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 02 (iki) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında tutma protokolundan görünür ki, Şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 19:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksoertizası Mərkəzinin 07 may 2022-ci il tarixli 6/1856 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün Ka 239” möhür əksi, “Vətəndaş Şəxs təqdim etdiyi” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd folqa kəsiyində yaxıntı vəziyyətində olan maddə təmiz çəkisi 0.046 qram kustar üsulla hazırlanmış psixotrop vasitə- metamfetamindir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 28 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Səbail RPİ-nin 41-ci PB tərəfindən 0.046 qram kütlə qəbul edilmiş, 0,01 qram nümunə götürülmüş, 0,036 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə DİN-in ƏÇPA-nın 4cü patrul bölüyünün polis nəfərləri tərəfindən PB-yə daxil olmuş raporta əsasən ünvan 4 ünvanında yaşayan X6 (0,023 qram kustal üsulla hazırlanmış psixotrop maddə metamfetamin) və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (0,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin) narkotik vasitələrin qanunsuz üzərlərində saxlanılması və üzərlərində gəzdirilməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdikləri üçün müvafiq tədbir görülməsi üçün Səbail RPİ 41-ci PB-yə göndərilmiş təqsirləndirilən şəxslər X6 və Şəxs ilə birgə 2 ədəd möhürlənmiş (0,023 və 0,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin) zərflər saxlanılması üçün Səbail RPİ-yə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs ilə barışmış ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, X7 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş Səbail rayon Polis İdarəsində saxlanılan 0,036 qram psixotrop vasitə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1597/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1597/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver