Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1597/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.2000-ci ildə Yardımlı rayonunda anadan olmuş, AR-nın vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi 14-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 16(009)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.2000-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, “Paramount lounge” təsərrüfat subyektində (obyektində) menecer vəzifəsində işləyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 16(009)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli il icra sənədinə əsasən ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Paramount lounge” təsərrüfat subyektində (obyektində) sahibkarlıq fəaliyyəti ilə məşğul olan Z.Rzayevə və başqa şəxslərə göstərilən ünvanda gecə saat 24:00-dan sonra musiqinin uca səslə səsləndirilməsi, o cümlədən elektroakustik, səs gücləndirici cihazlardan istifadə edilməsi qadağan edilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Könüllü icra müddəti ərzində icra sənədi təmin edilmədiyindən məcburi icra tədbirləri görülməyə başlanmışdır. Belə ki, həmin restoranda menecer vəzifəsində çalışan Şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət edilərək iltizam alınmış o, öz iltizamında məhkəmə qərarının tələblərinə əməl edəcəyini bildirmiş, əks halda daşıyacağı məsuliyyti barədə məlumatlandırılmışdır. Tələbkar N.Qarayevanın nümayəndəsi A.Qazıyeva xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, borcluların hazırki tarixədək tələbi təmin etmədiklərini bildirmişdir.Nəticədə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, dəfələrlə şifahi və yazılı formada icra sənədi üzrə tələbkar Nüşabə Qarayeva və nümayəndəsi tərəfindən obyektdə gecə 12-ən sonra yenə də uca səslərin gəldiyini bildirmiş, bir dəfə obyekt əməkdaşları ilə birlikdə gecə 12-dən sonra tələbkarın evində olarkən həqiqətən restorandan gələn səsin orada eşidilməsinin şahidi olmuşlar. İcra məmuru borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs – icra sənədi üzrə tələbkar N.Qarayevanın nümayəndəsi X1 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Nüşabə Qarayeva çox mədəni insandır, dəfələrlə obyektin meneceri Şəxs ilə danışıb gecə 12-dən sonra yüksək səsin verilməsinin qarşısının alınması xahiş olunmuş, məhkəmə qərarı qəbul edilsə də belə bugünədək səs tələbkarın evində eşidiril və məhkəmə qərarı icra olunmur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilir. Meneceri olduğu obyektdə olmadığı vaxtlarda işçilər musiqini uca səslə səsləndirmişlər. Bu halı etiraf edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1597/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1597/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver