Məhkəmə qərarları › İş №3(009)-1600/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1600/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1600/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib olunmuş 23 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 05:50-də «Rəşid Behbudov» gəmisi ilə X1 dənizində yerləşən «Şahdəniz-Alfa» neft-qaz buruğuna getməli olan sərnişin Şəxs əl çantasına «BP» şirkətinin «Titan-D» mühafizə xidmətinin əməkdaşları tərəfindən «X-RAY» skan aparatında baxış keçirilərkən 7 ədəd ov patronları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan məhkəmə-ballistik espertizasının xx.xx.2023-cü il tarixli 23/380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 12 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş açmaq üçün yararlıdırlar. İş materiallarında olan 13 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, məhkəmə-ballistik espertizasının rəyində patronların zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli, hamar lüləli ov silahlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatı olması qeyd edilsə də, nə ekspertiza rəyində, nə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda aşkar edilmiş patronların yivsiz yoxsa yivli odlu ov üçün döyüş sursatı olması müəyyən edilməmişdir. Həmin patronların yivsiz yoxsa yivli odlu ov üçün döyüş sursatı olması Şəxs əməlinin cinayət yoxsa inzibati xəta hadisəsi olmasına əsas olacağından işin düzgün tövsif olunması və qanuni qərara çıxarılması üçün qeyd edilən hal aydınlaşdırılmalı və iş materiallarında dəqiq əksini tapmalıdır. Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 3(009)-1045/2023 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş 23 may 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polisi İdarəsinə geri qaytarılmış, lakin qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmadan iş yenidən məhkəməyə göndərilmişdir. Belə ki, məhkəməyə təkrar daxil olmuş materialdan görünür ki, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təkrar və ya əlavə ekspertiza təyin edilmədən Şəxs aşkar edlilmiş 07 ədəd patronların yivli və ya yivsiz silahlarda atəş açmaq üçün nəzərdə tutulması barədə Su NPİ-yə məlumat verilməsi barədə məktubla Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə müraciət edilmiş, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, Şəxs aşkar edilərək götürülmüş (DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 22 may 2023-cü il tarixli 23/380R nömrəli rəyi) 07 ədəd patronların keçmiş SSRİ dövlətində istehsal olunmuş 12 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli-yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdırlar və atəş üçün yararlıdırlar. Məhkəmə hesab edir ki, 13 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsinin əsası olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/380 saylı rəyində aşkar edilmiş patronların yivsiz yoxsa yivli odlu ov üçün döyüş sursatı olması müəyyən edilmədiyindən qərarın qanuniliyi şübhə yaratdığından həmin qərar ləğv edilməklə təkrar və ya əlavə məhkəmə-ballistik ekspertizası təyin edilməli, Şəxs aşkar edilmiş 07 ədəd patronların yivli və ya yivsiz silahlardan atəş açmaq üçün nəzərdə tutulması barədə ekspert qarşısında sual qoyulmaqla təkrar araşdırma aparılmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polisi İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106,109 v118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş 23 may 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polisi İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar