Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1600/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 ci maddəsinə əsasən “KAROLİNA" MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati materiala baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 18 mart 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqinda protokola görə X5 2023-cü ilin sentyabr va oktyabr aylarında "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şirniyyatçı vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 MN ******* saylı xx.xx.2024-cü il Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinarək, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Əmək Müfəttişliyinin qərarı qanunun tələblərin kobud şəkildə pozmaqla ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasİ və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətini müdafiə edərək göstərmişdir ki, protokol və qərar əsassız olaraq tərtib edilmişdir. Əmək Müfəttişliyi iddia edir ki, əmək müqaviləsi olmadan işçi işlədilmiş və sübut olaraq yalnız “whatsapp” sosial şəbəkəsində olan yazışmalar əsas gətirilir. Belə ki, X5 özü qeyri-rəsmi şəkildə işləmək istəmiş, lakin təklif etdiyi maaşla razılaşmadıqda Əmək Müfəttişliyinə əmək müqaviləsi olmadan işlədildiyi ilə bağlı şikayət etmişdir. Həmin şəxs şikayətində yazmışdır ki, 18 sentyabr 2023-cü il tarixdən etibarən işləyir. Halbuki həmin vaxt "xxxx" MMC fəaliyyətdə olmamışdır, 23 sentyabr 2023-cü ildən fəaliyyətə başlamışdır. Hal-hazırda "xxxx" MMC-də işləmir, lakin əvvəllər icraçı direktoru olmuşdur. Göstərilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, "xxxx" MMC ilə X5 bir-birinə münasibətləri işin görülməsi olmuşdur. İş materiallarına əlavə edilmiş “whatsapp” sosial şəbəkəsində olan yazışmalardan da açıq şəkildə görünür. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X5 2023-cü ilin sentyabr-oktyabr aylarında "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şirniyyatçı vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 2023-cü ilin sentyabr-oktyabr aylarında "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şirniyyatçı vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında əlavə edilmiş “whatsapp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında X5 ilə "xxxx" MMC arasında işlərin görülməsi münasibəti olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 2023-cü ilin sentyabroktyabr aylarında "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şirniyyatçı vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi hazırki iş üzrə X4 inzibati xətanı törətməsi sübuta yetirilir və həmin xətanın aradan qaldırıması üçün şikayətçi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Məhkəmə barəsində inzibati tənbeh haqqında qərar çıxarılmış şəxs X4 əməlinin tövsifi hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin gəldiyi nəticə ilə razılaşır, lakin ona təyin edilmiş cərimə növündə tənbeh tədbirinin məbləği sərt olduğundan əsassız hesab edir. Müəyyən edilmişdir ki, X4 əvvəllər icraçı direktor olduğu "xxxx" MMC xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarla 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Bundan başqa X8 halhazırda "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən X4 əvvəllər icraçı direktor olduğu "xxxx" MMC-nin 20000 (iyirmi min) manat məbləğində cərimə edilməsi və hal-hazırda "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləməməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı əsasında təyin edilmiş 4000 (dörd min) manat məbləğində cərimənin məbləği 3000 (üç min) manata endirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin İnzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək X8 barəsində tətbiq edilmiş 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbehi 3000 (üç min) manata endirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-129,131- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilsin. X8 barəsində tətbiq edilmiş 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbehinin məbləği 3000 (üç min) manata endirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1600/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1600/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver