Məhkəmə qərarları › İş №3(009)-1603/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1603/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1603/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və video görüntüdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:55 radələrində Bakı şəhəri, Neftçilər-Bülbül küçələrinin kəsişməsində polis əməkdaşları xidmət aparan zaman MG-3 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıqforun qadağanedici işığında keçdiyinə görə saxlanılmış və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədləri tələb olunmuşdur. Sürücü sənədləri təqdim etməkdən yayınmış və polisin şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək ölkənin və polis əməkdaşının ünvanına təhqirlər söyləyərək tabesizlik göstərmişdir. Polis əməkdaşı DYPİ-nə əl efiri vasitəsi ilə məlumat verərək yaxınlıqda olan polis əməkdaşlarından kömək istəmişdir. Bir necə dəqiqə sonra 39-cu polis bölməsinin əməkdaşları xidməti avtomaşınla yaxınlaşaraq sürücünü avtomaşına əyləşdirərək 39-cu polis bölməsinə aparmışlar. Polis bölməsində sürücü barəsində İnzibati Xətalar məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokola etiraz edərək bildirmişdir ki, polis əməkdaşları barəsində düzgün protokol tərtib etməmiş, özünün hecbir qanun pozuntusuna yol vermədiyini və inzibati protokolla razı olmadığını bildirmişdir. Həmçinin Şəxs məhkəmə iclasında Çernobıl AES-də hərbi xidmət etdiyini və bununla əlaqədər olaraq ikinci dərəcəli əlil olduğunu bildirmişdir. Məhkəmənin elektron sistemindən çıxarılmış sənəddən görünür ki Şəxs İİ dərəcə XR.hepatit və xr.qastrit. NSD qarışıq tip. Kəskin asteno-nevrotik sindrom diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əlizadə X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar