Məhkəmə qərarları › İş №3(009)-1605/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1605/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1605/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X16 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi X5 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 05 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMM-nin direktoru X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMM-nin direktoru yəni X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair 05 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 05 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxs "xxxx" MMM-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, X14 Xidmətinin Bakı şəhəri idarəsinin barəsində tərtib etdiyi 28 avqust 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. 2019-cu ilin 14 fevralında "xxxx" MMM ilə X19 arasında əmək müqaviləsi bağlanmışdır. O, MMM-nə satınalmalar üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək haqqısı 823 manat təşkil etmişdir. O cümlədən X17 ilə 05 iyun 2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Onunla bağlanmış əmək müqaviləsinin 3-cü bəndinə əsasən onun vəzifəsi bazarı tədqiq etmək, malın alınma üsulunu və siyasətini işləyib hazırlamaq, işin nəticəsini idarə etmək sistemini işləyib hazırlamar, alış üçün sifariş formalarını doldurmaq, alış mənbələrini müəyyən etmək, malın dəyər və zədələnməsini müəyyən etmək üçün baxış keçirmək, daimi təchizatçılarla korporativ münasibət saxlamaq, cari fəaliyyət barədə hesabat aparmaq, material və istifadə tendensiyalarını izləmək, müqavilələr bağlamaq, xammal, material və avadanlığın təchizi üçün sifariş açmaq, gəlir və crdərin analizi metodlarını istifadə etmək və danışıqlar aparmaq texnologiyasından istifadə etmək olmuşdur. X1 bildirilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq işinə səhlankar yanaşmışdır. Belə ki, sonucu dəfə, yəni 10 mart 2022-ci il tarixində müəssisənin daxili nizam intizam qaydalarına tabe olmamış, iş funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhəri Suraxanı rayonu ünvanında yerləşən ofisə setməkdən qərəzli olaraq imtina etmişdir. Göstərilən əsaslarla o əmək məcəlləsinin tələblərinə tam qanuni qaydada işdən çıxarılmışdır. Lakin əmək müfəttişliyi nə protokolunda nə də ki, qərarında gəldiyi nəticəni əsaslandırmamışdır. Bundan əlavə X17 işdən çıxarıldıqdan 2 il sonra şikayət ərizəsi ilə əmək müfəttişliyinə müraciət etmişdir ki, bununla da o Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddəti buraxmışdır. Göstərilən şikayət ərizəsi üzrə müddət keçdiyindən əmək müfəttişliyi tərəfindən hər hansı bir araşdırma da aparıla və qərar qəbul edilə bilməzdi. Göstərilənlərə əsasən məhkəmədən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMMnin direktoru yəni X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair 05 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs "xxxx" MMM-nin direktoru X3 nümayəndəsi X15 şikayəti müdafiə edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMM-nin direktoru yəni X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair 05 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X11 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Nəticədə, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMM tərəfindən X7 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə 10 mart 2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə İR-X 006/03-21 saylı xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, müəssisənin satınalmalar üzrə baş mütəxəssis X17 ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Buna əsas xx.xx.2021-ci il tarixli daxili nizam intizam qaydalarının pozulmasına dair Akt olmuşdur. Daxili nizam intizam qaydalarını pozmaqla bağlı "xxxx" MMM tərəfindən xx.xx.2021ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, satınalmalar üzrə baş mütəxəssis vəzifəsində çalışan X17 xx.xx.2021-ci il tarixdə müəssisənin daxili nizam intizam qaydalarına tabe olmamış iş funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhəri Suraxanı rayonu ünvanında yerləşən ofisə getməkdən qərəzli olaraq imtina etmişdir. aktı baş direktor X9, baş direktor müavini X12, rəqəmsal marketinq üzrə mütəxəssis X13, texnoloq X8 imzaları ilə təsdiq etmişlər. Qeydiyyat nəzarət vərəqəsindən çıxarışdan görünür ki, X2 tərəfindən xx.xx.2022-ci il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı onlayn müraciət daxil olmuşdur. O, müraciətində 2021-ci ilin mart ayında işdən qovulduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə, yəni X7 əmək müqaviləsinə xitam verilməsi xx.xx.2021-ci il tarixində baş vermişdir. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət etdiyi vaxt, 04 iyul 2022-ci il tarixdə artıq inzibati tənbeh verilmə müddəti ötürülmüşdür. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 3 (üç) aydan çox müddət keçmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 05 sentyabr 2022-ci il tarixli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilmə müddəti ötürülməklə qəbul edilmişdir. Odur ki, hazırki qərar bir sıra hüquq pozuntuları ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X9 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv olunsun. X9 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar