Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1606/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ 11215060 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinin X3 inzibati tənbeh vermə haqqında EQ seriyalı 11215060 nömrəli xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixdə saat 11:46-da İzzət Nəbiyev küçəsi, Fəxri Xiyabanın arxasında üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək və nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirməklə, yol hərəkət qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərarla razılaşmayan X3 şikayətlə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı X4 tənbeh vermə haqqında EQ № 11215060 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “Hyundai” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Milli Məclisin arxasında keçən yolda hərəkətdə olan zaman yaranmış tıxac səbəbindən yolu tənzimləyən polis əməkdaşı jezllə onun qarşısında hərəkət edən avtomobillərə əks istiqamətdə irəliləmələri üçün işarə vermiş, o, və arxadan gələn avtomobillər YPX əməkdaşının jezllə ona aydın olan işarəsinə əsasən yolun əks istiqamətinə çıxaraq hərəkəti davam etdirmişlər. Sonra ona məlum olmuş ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli EQ 11215060 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qaldığı üçün Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nə şikayətlə müraciət etmişdir. Oradan şikayətinə baxılaraq ona xx.xx.2022-ci il tarixli məktubla cavab verilmnişdir. Həmin məktubu o, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nə yaxınlaşaraq xx.xx.2022-ci il tarixdə oradan götürmüşdür. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev düzgün araşdırma aparmadan onun barəsində ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Odur ki, həmin qərar ləğv edilərək işə xitam verilməlidir. Mənim barəmdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikalı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikalı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı X4 tənbeh vermə haqqında EQ № 11215060 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 11215060 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X2 şikayətin əsassız olduğunu və təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 03 sentyabr 2022-ci il tarixli, EQ11215060 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 11:46-da İzzət Nəbiyev küçəsi, Fəxri Xiyabanın arxasında üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək və nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirmişdir. Bununla da X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələbini pozmuş və nəticədə 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X3 və həmin hərəkət zolağında olan digər nəqliyyat vasitələri də 18 avqust 2022-ci il tarixdə saat 11:46-da İzzət Nəbiyev küçəsi, Fəxri Xiyabanın arxasında hərəkətdə olarkən nəqliyyat vasitələrinin axının əks istiqamətinə hərəkətlərini davam etdirmişlər. Bu zaman X7 əməkdaşı avtomobili ilə sağ yola çıxışı bağlamış və nəqliyyat vasitələrinin ks istiqamətində hərəkətlərini davam etdirməsinə müdaxilə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınınaə əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 58-ci maddəsinə əsasən yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur. Beləliklə, iş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməmiş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 11215060 saylı, 03 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 11215060 saylı, 03 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1606/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1606/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver