Məhkəmə qərarları › İş №3(009)-1609/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1609/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1609/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, evli, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən 6 saylı evin 65 saylı mənzilində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən Şəxs barəsində AR İXM-nın 206-ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MN1438448 seriyalı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması qaydasında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, protokol aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, inzibati xəta haqqında protokola barəsində inzibati icraat başlanılmış şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmişdir. AR İXM-nın 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmçinin həmin Məcəllənin 100.1.10.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar da göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs müayinədən keçməsi və onun sidik nümunəsində narkotik vasitə olan marixuana aşkar edilməsi qeyd edilsə də, müayinə protokolu materiallara əlavə edilməmiş, polisin hansı qanuni tələblərinə tabe olmamasını (AR İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında göstərilən əməli törətməsinə dair) təsdiq edən sübutlar, araşdırılmamış zəruri olan məlumat kimi qiymət verilərək protokola qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən hakim hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nın 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli MN1438448 seriyalı protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar