Məhkəmə qərarları › İş №3(009)-1609/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1609/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1609/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində idarə etdiyi “Ford” markalı, 99- GT-264 markalı avtomobillə Səbail rayonu, Ş.Ələkbərova küçəsindən digər avtomobillərin arxasinca keçmişdir. Həmin küçəyə daxil olanda, 1.19 ikitərəfli hərəkət nişanı elə quraşdırılıb ki, küçəyə daxil olanda həmin nişan görünmür, çünki nişanın qabağında iri parkovka nişanı basdırılıb və nişan bilərəkdən görüntüsü gizlənilib. Sürücü parkovka nişanını keçəndən sonra, arxasındaki nişanı gec görür və arxadan gələn maşınlara görə, istiqamətini dəyişə bilmir. O küçəyə dönən maşınların əksəriyyəti övladlarını 6 saylı tam orta məktəbə gətirirlər. Adətən, yol hərəkəti qaydasını pozanda,1 saat ərzinda mobil telefona elektron bildiriş gəlir ki, “Siz qaydanı pozmuşunuz,protokol tərtib olunur və siz müəyyən məbləğdə cərimə olunursuz”. Lakin ona nə protokol, nə də qərar tərtib olunub və ona bildiriş göndərilməyib. Əgər 1-ci dəfə xx.xx.2024 tarixində protokol tərtib olunsaydı və elektron bidiriş mobil telefonuna göndərilsə idi, o, 2-ci və 3-cü dəfə həmin qaydanı pozmazdı. Ona mayın 24-ü səhər (hadisədən 10 gün sonra ) bir polis əməkdaşı zəng vurmuş və mayın 15-də Ş. Ələkbərova küçəsində yol hərəkəti qaydasını pozduğunu və cərimələndiyini bildirmişdir. Bakı ş. DYP idarəsinə 24-cü kabinetə Hümmət adli polis zabitinin yanina çağırıblar. Səhəri gün o, həmin adresə getmiş, orada Hümmət olmamış, Mübariz adlı mulki geyimli şəxslə görüşmüşdür. Həmin şəxs ona video görüntü göstərərək 3 dəfə (xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024 il) eyni yerdə yol hərəkəti qaydasını pozduğunu deyib. O isə orada işarə olduğnu bilmədiyi üçün keçdiyinii bildirmişdir. İşarə yolu keçdikdən sonra 7- 8 m irəlidə olduğuna görə o, bu yoldan 3 dəfə bilmədən keçmişdir. Polis isə ondan 300 manat istəyərək bu qayda pozuntularini siləcəyini bildirmişdir. Və ona 1 gün vaxt verib ki, gedib pul gətirsin, əks halda cəriməni sistemə vuracağini bildirib. Rüşvət verməkdən imtina etdikdən sonra, 20 gün sonra xx.xx.2024 tarixində,onun mobil telefonuna 2 qərarsız və 1 qərarlı protokol gəlmişdir . Ərizə yazandan sonra onlar geri tarixlə yəni xx.xx.2024 il tarixi ilə TP ******* nömrəli qərarı veriblər. Protokolun nömrəsi İXP6280875 və 4 bal cərimə yazılıb. Protokolun cəriməsi 150 manatdır. Yuxarıda göstərilən hallara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61 və 65-ci maddələrini rəhbər tutaraq əsassız tərtib olunan protokolların və cərimə ballarının ləğvi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək protokolun haqsız yerə tərtib edildiyini və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X2 şikayətə etiraz edərək qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X7 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş X7 İdarəsinin göndərilməlidir. Belə ki, iş materillarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 07:47-də ünvan 1 ünvanında idarə etdiyi “Ford Fusion minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:47-də “Ford Fusion minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X3 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X4 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X4 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar