Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-161/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 yanvar 2024-cü il tarixdə saat 20:41 radələrində idarə etdiyi “Kia Sportage” markalı, **-TS-*** markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ilə düzünə hərəkətdə olan zaman H. Abdullayev küçəsində düzünə hərəkətdə olan “X9” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Az Samand” markalı avtomobili hadisə baş verən zaman görməmişdir. Görməməyinin səbəbi H.Abdullayev küçəsində yolun kənarında dayanan avtomobillərin olmasıdır. Bu kamera görüntülərində də öz əksini tapacaqdır. Avtomobili videokamerada da göründüyü kimi saatda təxminən 10-20 km saat sürətlə idarə etmişdir. Amma “AZ Samand” markalı avtomobil hadisə baş verən zaman yüksək sürətlə hərəkətdə olmuşdur. Zənnicə həmin avtomobil saatda 50-60 km saat sürətlə hərəkətdə olmuşdur. Kamera görüntülərindən də aydın hiss olunur. Onun yüksək sürətdə olması hadisənin baş verməsinin səbəbi olmuşdur. Həmin hadisənin görüntüsü TŞ1-080 saylı video kamerada aydın görünəcəkdir. Ona görə də həmin Təhlükəsizlik Şəhər kamerasından həmin görüntüləri əldə etmək vacibdir. Bundan başqa onu da qeyd edir ki, Bakı şəhər X8 İdarəsində olan zaman izahat verməmişdir. İzahat blankını qabağına qoymuş və sadəcə deyiblər imza et. Boş blanka imza etmişdir. Bundan başqa hadisə inspektoru hadisənin baş verməsinin səbəblərini müəyyən etmədən, araşdırma aparmadan təqsirli sayıblar. Halbuki bu hadisədə yol-nəqliyyat hadisələri üzrə (avtotexniki) ekspertiza təyin olunmalı idi. Videogörüntülər götürülməli idi. Ekspertizanın rəyində kimin təqsirli, kimin təqsirsiz olması sübuta olunmalı idi. Hadisə üzrə inspektor bu halların heç birini nəzərə almamışdır. Hadisə nəticəsində idarə etdiyi avtomobilə 3590 AZN maddi ziyan dəymişdir. Bununla bağlı qüsur aktı da var. İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə nun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan -əxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bir daha qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar yol-nəqliyyat hadisələri üzrə (avtotexniki) ekspertiza təyin olunmalı, TŞ1-080 saylı təhlükəsizlik şəhər kamerasından hadisənin baş verməsi anı (09 yanvar 2025-ci il saat 20:40-dan 20:45-dək) götürülməlidir ki, baş vermiş hadisəyə obyektiv qərar qəbul etmək mümkün olsun. Göstərilənlərə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, videodan da görünür ki, yavaş hərəkət etmişdir. Təqsirini və gözləməli olduğunu bilir, lakin digər avtomobil çox sürətlə hərəkət etdiyi üçün görə bilməmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, X4 bir neçə fikir səsləndirmişdir. Belə ki, əvvəl digər avtomobilin sürətinin çox olduğunu, sonra 60-70 km/saat sürətlə getdiyini bildirmişdir. Məhkəməyə təqdim etdiyi videogörüntüdən də görünür ki, digər avtomobilin sürəti maksimum 40 km/saat ola bilər. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 75-ci maddəsinin 3-cü bəndinə əsasən eyni hərəkətli yol olduğu üçün X1 gözləməli idi. Əgər baxsa idi, qəzanın qarşısını ala bilərdi. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 20:40-da Səbail rayonu, S.Rüstəmov küçəsi, H.Abdullayev küçəsi ərazisində “KİA Sportage minik” markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “KİA Sportage minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 3590 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 “KİA Sportage minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hərəkət üstünlüyünün sağ tərəfdə olmasına baxmayaraq yolayrıcını keçmə qaydalarını pozaraq sağ tərəfi gözləməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 20:40-da Səbail rayonu, S.Rüstəmov küçəsi, H.Abdullayev küçəsi ərazisində “KİA Sportage minik” markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili Səbail rayonu, S.Rüstəmov küçəsi, H.Abdullayev küçəsi ərazisində “KİA Sportage minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-161/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-161/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver