Məhkəmə qərarları › İş №3(009)-1610/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1610/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1610/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Quliyev İxtiyar Möhübbət oğlunun Bakı şəhər Dövlət X1 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Quliyev İxtiyar Möhübbət oğlunun Bakı şəhər Dövlət X1 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi imzalanmamış, eləcə də onun hazırda Bakı şəhəri Səbail rayonu, 20-ci sahə, 33 saylı şəhər polinklinikasının yardımçı binasında məskunlaşmasına dair məhkəməyə heç rəsmi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Quliyev İxtiyar Möhübbət oğlunun Bakı şəhər Dövlət X1 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayət geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması Quliyev İxtiyar Möhübbət oğluna izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar