Məhkəmə qərarları › İş №3(009)-1612/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1612/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1612/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Lerik rayonu, Yuxarı Bilnə kəndində anadan olmuş, işsiz, Lerik rayonu, Yuxarı Bilnə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Xəqani bağında dava-dalaş edərək X5 ilə polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o fəhlə işləyir. xx.xx.2025-ci ilsaat 21:00 radələrində Malakan bağına gəzmək üçün gəlmişdir. Daha sonra mağazadan spirtli içki almışdır. İstirahət günü olduğu üçün dincəlmək istəmişdir. Parkda gəzərkən orada olan skamyalardan birində əyləşən şəxs onu yanına çağıraraq baxışlarının sərt olduğunu bildirərək dəyişdirməyini demişdir. O isə həmin şəxsi yola vermişdir. Bir neçə dəqiqə sonra həmin şəxs yenidən qarşısına gələrək ilk növbədə normal danışsa da, sonradan ünvanına nalayiq ifadə işlətmişdir. Daha sonra isə yenidən yanına yaxınlaşaraq irad bildirməyə başlamışdır. Həmin şəxsi yola vermək istəsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bunun ardınca həmin şəxs ona fiziki zor tətbiq etmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Onu döyən şəxs qaçmış, onu isə saxlamışlar. O içkili olduğu üçün əvvəl getmək istəməmişdir polis bölməsinə, lakin sonradan polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. Əməlindən peşmandır, ailəsini dolandıran tək odur. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci ilsaat 21:00 radələrində Malakan bağında başqa vətəndaşların polis çağırışlarına görə səs-küyə gəlmişlər. Bir neçə şəxs münaqişə etmişdir. Döyülən şəxs şikayətçidir. Mailov Elvinə yaxınlaşdıqda səs-küy etmişdir, onu saxlamaq istədikdə qaçmaq istəmişdir. Onu saxlayıb qandal tətbiq etmişlər ki, müqavimətini azaltsınlar. Raport tərtib edib bölməyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X2 izahatına uyğun məzmunda izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialına əlavə edilmiş 17 iyun 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül alkoqol sərxoşluq dərəcəsində olmuşdur. İş materialına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Səbail RPİ-nin PPXB-nin əməkdaşlarının raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu, Şəxs barəsində isə İXM-nin 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün toplanmış rədd materialının qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X5 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci tarixdə saat 21:00 radələrində Malakan bağında dostları ilə birlikdə gəzmişdir. Bu zaman tanımadığı şəxs ona söz atmışdır. O isə həmin şəxsi yola vermişdir. Lakin bunun ardınca həmin şəxs ünvanına nalayiq ifadə işlətmişdir. Eləcə də, şillə ilə üzünə vurmuşdur. O bu zaman həmin şəxsi itələmişdir. Daha sonra həmin şəxs ona təkrar yaxınlaşaraq badalaq vermiş vе yerə yıxılmışdır. Bundan sonra o ayağa qalxaraq polis əməkdaşlarını köməyə çağırmışdır.Həmin şəxs isə qaçmağa başlamışdır. Sonradan həmin şəxs ilə barışdığı üçün heç bir şikayət və tələbi olmadığını bildirərək aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Hadisənin baş verməsi nəticəsində xəsarət almadığını, tibbi ekspertizadan keçməkdən imtina etdiyini, hadisə baş verən zaman ətrafda 2-3 nəfərin olduğunu, hadisənin 1-2 dəqiqə davam etdiyini bildirmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci ilsaat 21:00 radələrində Malakan bağına gəzmək üçün gəlmişdir. Daha sonra mağazadan 2 ədəd spirtli içki almışdır. Bundan sonra yoluna davam edərkən orada olan skamyalardan birində əyləşən şəxs onu yanına çağıraraq baxışlarının sərt olduğunu bildirərək dəyişdirməyini demişdir. O isə həmin şəxsi yola vermişdir. Bir neçə dəqiqə sonra həmin şəxs yenidən qarşısına gələrək ilk növbədə normal danışsa da, sonradan ünvanına nalayiq ifadə işlətmişdir. Daha sonra isə yenidən yanına yaxınlaşaraq irad bildirməyə başlamışdır. Həmin şəxsi yola vermək istəsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bunun ardınca həmin şəxs ona fiziki zor tətbiq etmişdir. Bu səbəbdən o həmin şəxsi itələmişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdirlər. Hadisənin baş verməsi nəticəsində xəsarət almadığını, tibbi ekspertizadan keçməkdən imtina etdiyini, hadisə baş verən zaman ətrafda 2-3 nəfərin olduğunu, hadisənin 1-2 dəqiqə davam etdiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16 iyun 2025-ci il tarixdə ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) İnzibati qaydada tutma haqqında 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 17 iyun 2025-ci il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) - 33.1. İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. - 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olmasını, məsuliyyəti yüngülləşdirən hallar kimi, sərxoş olmasını məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 02:00-da) inzibati qaydada tutulduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə, eləcə də 34.3-cü maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar