Məhkəmə qərarları › İş №3(009)-1616/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1616/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1616/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Ağdaş rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 03 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi Şəxs tərəfindən icra olunmamışdır. Həmçinin 03 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021-025 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdehlər X4 və X7 ünvan 2 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçı X3 cavabdeh Şəxs qızma qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilməlidir. 15,345 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X5 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Tələbin könüllü icrası ilə bağlı bildiriş və icraata başlamaq haqqında qərar borclunun ünvanına göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə şöbəyə yaxınlaşaraq izahatı alınmış və izahatında bu qərardan xəbərdar olduğunu, maddi imkansızlıq səbəbi ilə borc məbləğini tam şəkildə deyil hissə- hissə ödəniş edə biləcəyini, hazırda Bakı ş\əhəri üzrə Təhsil İdarəsində müəllim kimi əmək fəaliyyəti ilə məşğul olduğunu və borc məbləğinin əmək haqqına yönəldilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Lakin tələbkar borcun hissə- hissə ödənişinə razılıq vermədiyini və borclunun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmasını tələb etmişdir. Borclunun ünvanına xx.xx.2022ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq yenidən şöbəyə çağırılsada, borclu şöbəyə yaxınlaşmadığından, xx.xx.2022-ci il tarixdfə onun ünvanına məcburi gətirilmə barədə qərar göndərilmişdir.xx.xx.2022-ci il tarixdə isə təqdimatla Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Həmçinin xx.xx.2022- ci il tarixdə borclunun ölkdən getmək hüququnun məhdudlaşdırılmasma dair təqdimatla Səbail rayon məhkməsinə müraciət edilsədə, Səbail rayon məhkəməsinin 8(009)-305/022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir.Səbail rayon məhkəməsinin 8(009)-304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı icra üçün 11,08.2022-ci il tarixdə Səbail rayon İcra şöbəsinin icraatına daxil olmuş və qərardad xx.xx.2022-ci il tarixdə icra üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə axtarışın nəticəsi barədə sorğu verilmiş və xx.xx.2022-ci il tarixdə borclu Şəxs şöbəyə təhvil verilmişdir. Borclunun izahatı alınmış və izahatında bildirmişdir ki, “mən dəfələrlə şöbəyə rekvizit üçün müraciət etsəmdə mənə nə tələbkar, nədə ki şöbə mənim müraciətimə cavab verilməmişdir. Faktiki olaraq mən icra sənədinin icrasında yayınmamışam.” Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Həmçinin bildirdi ki, tələbkar tərəfindən ödənişlə bağlı rekvizitlər təqdim olunmamışdır. Eyni zamanda ödənişlərin borclunun əmək haqqından tutulması ilə tələbkar razı olmamış və borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X7 izahatında bildirmişdir ki, hissə-hissə borcun qaytarılması ilə razı deyil. Çünki özünün borcları var. Hər ay əlavə olaraq faiz borcu ödəmək məcburiyyətindədir. Məhkəmə iclasında rekvizitləri təqdim etməkdən imtina etdi. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə borcunu tam şəkildə ödəmək iqtidarında deyil. Borc məbləğinin hissə-hissə ödənilməsi üçün icra şöbəsindən və tələbkardan rekvizitləri istəsə də ona təqdim edilməmişdir. Borcu tam ödəyə bilmədiyindən hissə-hissə ödəniş etməyə və ya evinin kirayəyə verilməsi və ya satılması yolu ilə borcu ödəməyə hazırdır. Aliment almır, oğlu xəstəliyindən əziyyət çəkir, aylıq gəliri 690 manatdır, borcun əmək haqqısına yönəldilməsinə də razıdır. Qarşı tərəf borc məbləğini tam şəkildə tələb edir. Şəxs hazırda məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021- 025 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X4 və X7 ünvan 2 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə təmin edilməsin. İddiaçı X3 cavabdeh Şəxs qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilməlidir. 15,345 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X5 verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021-025 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu X4, X7, Şəxs icranı təmin etməsi təklif edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021-025 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X4 və X7 ünvan 2 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə təmin edilməsin. İddiaçı X3 cavabdeh Şəxs qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilməlidir. 15,345 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X5 verilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir, borc məbləğini maddi imkanı olmadından tam şəkildə ödəyə bilməmiş və hissə-hissə ödəniş etmək üçün rekvizitlərin ona təqdim edilməməsi səbəbindən borc məbləğindən hər hansı ödəniş edə bilməmişdir. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə borclu Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar