Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1618/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Şamaxı rayonu, Çarxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Çarxan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində xidməti ərazidə olarkən Səbail rayonu, Badamdar qəsəbəsi N cü massivdə olan hərbi hissənin yaxınlığında yerləşən 3 mərtəbəli yarımtikili evdən gələn nalayiq ifadələr eşidərək həmin evə yaxınlaşmış, orada 3 şəxsin qumar oynadığını görərək özünü onlara təqdim etmiş, bundan sonra Səbail RPİ-nin 41-ci PB üzrə əməliyyat qrupunda olan əməliyyat müvəkkilinə və polis sahə inspektoruna məlumat vermişlər. Əməliyyat qrupu növbətçi hissənin aavtomobili ilə qeyd olunan ünvana yaxınlaşdıqda 3 şəxsdən birinin sonradan adı məlum olan X2 qaçmışdır. Q.Təhməzov qaçan zaman öz ehtiyatsızlığından ayağı ilişərək yıxılmış, ona yaxınlaşıb onunla birlikdə qumar oynadıqları yerə gələn zaman bir nəfər şəxsdə naməlum istiqamətə qaçmışdır. Həmin 2 şəxsdən spirtli içki iyisi gəlmiş və onlar 41-ci polis bölməsinə gətirilmişlər. Həmçinin iş üzrə aktlar tərtib edilmişdir ki, X2 xəsarətlər almış, xəsarətlərə səbəb isə həmin qumar oynadığı yerdən qaçan zaman öz ehtiyatsızlığından almışdır. Bundan əlavə digər akt tərtib edilərək X1 qumar oynayan zaman masanın üzərində olan 3 ədəd 20 qəpiklik dəmir pul, 1 ədəd 20 manatlıq B76532542, 1 ədəd 10 manatlıq A09510905, 3 ədəd 1 manatlıq F16862499, F55851193, F82944925 seriyalı pul əskinazları və oyun kartı götürülmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəıta haqqında protokol üzrə qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:15 radələrində Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisində yerləşən villada qumar oyununda iştirak etmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X1 qumar oynayan zaman masanın üzərində olan 3 ədəd 20 qəpiklik dəmir pul, 1 ədəd 20 manatlıq B76532542, 1 ədəd 10 manatlıq A09510905, 3 ədəd 1 manatlıq F16862499, F55851193, F82944925 seriyalı pul əskinazları və oyun kartı götürülmüşdür. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2020-ci il tarixli, 2/5234 nömrəli protokoldan görünür ki, xx xxxxxxxx 1994-cü il təvəllüdlü Şəxs həmin tarixdə orta içkili olmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun xx.xx.2020-ci il tarixdə, saat 22:15 radələrində Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisində yerləşən villada qumar oyununda iştirak etməsi və bununla da, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs sərxoş halda inzibati xətanı törətməsi İXM-33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Məhkəmə hesab edir ki, qumar oyunu zamanı masanın üzərində olan 3 ədəd 20 qəpiklik dəmir pul, 1 ədəd 20 manatlıq B76532542, 1 ədəd 10 manatlıq A09510905, 3 ədəd 1 manatlıq F16862499, F55851193, F82944925 seriyalı pul əskinazları və oyun kartı müsadirə edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakretizə edən halları və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, qumar oyunu zamanı masanın üzərində olan3 ədəd 20 qəpiklik dəmir pul, 1 ədəd 20 manatlıq B76532542, 1 ədəd 10 manatlıq A09510905, 3 ədəd 1 manatlıq F16862499, F55851193, F82944925 seriyalı pul əskinazları və oyun kartı müsadirə edilməklə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1 və 525-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qumar oyunu zamanı masanın üzərində olan3 ədəd 20 qəpiklik dəmir pul, 1 ədəd 20 manatlıq B76532542, 1 ədəd 10 manatlıq A09510905, 3 ədəd 1 manatlıq F16862499, F55851193, F82944925 seriyalı pul əskinazları və oyun kartı müsadirə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə ilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ulviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1618/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1618/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver