Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-162/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati qaydada icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsini X1 iştiraklı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(009)-162/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Səbail RPİ-nin DYPŞ tərəfindən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-567/2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 3(009)-162/2021 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsini X3 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Səbail RPİ-nin DYPŞ tərəfindən verilən sorğuya cavab göndərilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib Səbail RPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3cü maddəsinə əsasən işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 17:30-də Bakı şəhəri Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surətini 11 km/saat həddində aşdığından Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin məsul şəxsi (Hüseynov) tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məlumatların təqdim olunması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin balansında olan, siyahısı məktuba əlavə olunmuş (“Hyundai Sonata minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, X2) nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxxxx 2020-ci il tarixdə İdarənin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Hazırda isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin balansında olan, siyahısı məktuba əlavə olunmuş (“Hyundai Sonata minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, X2) nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat Səbail Rayon Polis İdarəsinə göndərilməsinə dair məktub və xəbərnamə təqdim edilsə də, müvafiq məlumat sorğuda göstərilən xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə “Hyundai Sonata minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə verilmişdir. Bu hal isə özüözlüyündə qeyd edilən sorğuya cavabın Səbail Rayon Polis İdarəsinə çatdırılmasını şübhə altına alır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-162/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-162/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver