Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1621/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(009)-1339/2019 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli, yəni 69574 (altmış doqquz min beş yüz yetmiş dörd) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəxs tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1156/2020 saylı qərarı ilə Şəxs nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli, yəni 69574 (altmış doqquz min beş yüz yetmiş dörd) manat məbləğində cərimə edilməsinə dair xx xxxxxxxx 2019-cu il tarixli, 3(009)-1339/2019 saylı qərarının ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi (vəkil) Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs mişar daşı istehsal etmək üçün (dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması) xx.xx.2017-ci il tarixdən lisenziyaya malik olmuşdur. Şəxs 2015-ci ilin avqust ayından xx.xx.2017-ci il tarixədək lisenziyasının olmaması, xx.xx.2017-ci il tairxdən isə lisenziya alıb daş istehsalı ilə məşğul olması mübahisə doğurmur. Göründüyü kimi, müddətin keçməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcüddur. Müəssisəsinin lisenziyası olmadığı dövrdən (avqust 2015-xx.xx.2017) 1 il 9 ay sonra, yəni xx.xx.2019-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yəni, Şəxs xx.xx.2017-ci il tarixədək lisenziyası olmadığına görə, müddətin keçməsi ilə əlaqədar məsuliyyətə cəlb oluna bilməz. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 398-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs Abşeron rayonu Qobu Dəvəçi sovxozu ərazisində lisenziya olmadan mişar daşı istehsalı ilə məşğul olduğu və 17393,5 manat xalis gəlir əldə etdiyi aşkarlanmış, bununla da Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İN/L-997/2017 qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il tarixli Lisenziyaya əsasən Şəxsnə (VÖEN **********) dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılmasını həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş TDN 13/679 qeydiyyat nömrəli, xx xxxxxx 2008-ci il tarixli Lisenziyadan görünür ki, Şəxsnə Abşeron rayonu ərazisində yerləşən “Solonçak-İ” əhəngdaşı yatağında mişar daşının istehsalını həyata keçirməyə icazə verilmişdir. Lisenziyanın qüvvədə olma müddəti 5 ildir. İş materiallartından görünür ki, Şəxsndə müvafiq araşdırma Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, **********163707 nömrəli X2 qərarına əsasən Şəxsndə xx.xx.2015-ci il tarixidən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar X2 aparılmış və nəticəsi xx.xx.2019cu il tarixli **********167898 nömrəli aktla rəsmiləşdirilmişdir. X2 nəticəsində müəyyən edilmişdir ki, Şəxs Abşeron rayonu Qobu Dəvəçi sovxozu ərazisində lisenziya olmadan mişar daşı istehsalı ilə məşğul olmuş və 17393,5 manat xalis gəlir əldə etmişdir. Səyyar vergi yoxlama zamanı Şəxs inzibati xəta törətməsi, yəni 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabr ayınadək sahibkarlıq fəaliyəti ilə məşğul olaraq gəlir əldə etməsi aşkar olunmuşdur. Bununla da, Şəxs barəsində xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsinə (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Şəxs 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabr ayınadək sahibkarlıq fəaliyəti ilə məşğul olması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, Şəxs 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabr ayınadək sahibkarlıq fəaliyəti ilə məşğul olması davam edən inzibati xətadır. Qeyd olunan inzibati xəta Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin keçirtdiyi X2 zamanı aşkar edilmiş və xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli **********167898 nömrəli akt əsasında xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 38-ci maddəsinin mənasına görə İXM-nin 398-ci maddəsndə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh inzibati xətanın aşkara çıxarıldığı gündən ən geci 3 ay keçənədək verilə bilər. Hazırkı işdə inzibati xətanın aşkara çıxarıldığı gün xx.xx.2019-cu il tarix hesab olunmalıdır, yəni X2nın aktının tərtib edildiyi tarix, çünki inzibati xəta məhz bu yoxlama nəticəsində aşkara çıxarılmışdır. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (bir) il 19 (on doqquz) gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə baş vermiş (hazırkı halda aşkara çıxarılmış) və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: ŞəxsAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati tənbeh vermə müddəti başa çatdığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1621/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1621/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver