Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1628/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Səbail Rayon Dövlət X10 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Dövlət X10 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 iyun 2024-cü il tarixdə o, Bakı şəhəri, Salyan şossesi yolu üzərində yerləşən "İdea" ictimai çimərliyi ərazisində olarkən, çimərlik yolundakı cığırda, heç bir əsas olmadan, Bakı şəhəri Səbail Rayon Dövlət X10 yol patrul xidmətinin əməkdaşları onunla əsassız olaraq alkoqol yoxlaması aparmış, spirtli içki qəbul etdiyini və sərxoş olduğunu iddia etmişlər. Onlar "Polis haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qaydada özlərini təqdim etməmiş və ondan dərhal sənədləri tələb etmədən birbaşa alkoqol testi etmişdilər. O isə əsas yolda olmadığnı və heç bir qanun pozutusu etmədiyi halda saxlanmağının səbəbini soruşduqda, içkili olduğunu iddia etmişdirlər. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın: 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə. Yuxarıda qeyd etdiyi əlamətlərin heç birinin olmamasına baxmayaraq, yol patrul xidmətinin əməkdaşları tərəfindən məcburi yoxlama nəticəsində, yoxlama aparatında göstəricinin 0,380 olduğunu və bunun inzibati xəta olduğunu demiş, bu səbəbdən nəqliyyat vasitəni (36A021 dövlət qeydiyyat nişanlı motosikl) cərimə meydançasına aparmağını tələb etmişdirlər. O etiraz edərək alkoqol qəbul etmədiyini, təqsirsiz olduğunu bildirmişdir. Lakin yol patrul xidmətinin əməkdaşları onun etirazını qəbul etməyərək motosikletini Dövlət X10 Qaradağ rayon cərimə meydançasına aparmağa məcbur etmişdirlər. Müqavimət göstərmədən, motosikletini dayanacağa aparmışdır. Ora getdikdən sonra yenidən test etmələrini tələb etməyinə baxmayaraq, test edilmədən və bununla bağlı müvafiq etirazı dinlənilmədən orada protokol tərtib etmişlər. Onlara müqavimət göstərmədən, içkili olmadığını sübut etmək niyyəti ilə dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi publiq hüquqi şəxsi nəzdində olanda və Nizami metrostansiyası yaxınlığında yerləşən X2 yaxınlaşaraq könüllü sürətdə test edilməyini istəmişdir. Həmin tarixdə, yəni 19 iyun 2024-cü il tarixində saat 23:10 radələrində edilən test nəticəsində ******* nömrəli protokola əsasən sərxoşluq dərəcəsi 0,00 promil qeyd olunmuşdur. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Nəticədə, yol patrul xidməti əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 333.1-ci maddələri ilə müvafiq qaydada tərtib edilmiş protokol əsasında çıxarılmış qeyd edilən qərarla inzibati xəta müəyyən edilmişdir. Aşağıdakı səbəblərdən dolayı protokol əsassızdır və onun əsasında çıxarılmış qərar ləğv olunmalıdır: 1) 19 iyun 2024-cü il tarixində saat 21:39 raddələrində İXP seriyalı ******* nömrəli protokola əsasında içkili olduğu iddia edilmiş, həmin tarixdə saat 23:10 raddələrində verdiyi könüllü testdə X2 sərxoşluq dərəcəsi 0,00 promil olduğu ilə bağlı protokol tərtib olunmuşdur. 2) Tərtib olunmuş protokolla razılaşmadığından yerində qərar qəbul edilməmiş və protokola nə zaman baxılacağı barədə məlumat protokolda yazılmamışdır. Bu da onun barəsində tərtib olunmuş protokola baxılarkən iştirakına süni maneəçilik olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur.3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri ona polis əməkdaşları tərəfindən izah olunmamış, əksinə protokola izahat vermək hüququ məhdudlaşdırlaraq onlar tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən, inzibati məsuliyyətə cəlb olunmağı barədə Bakı şəhəri Səbail Rayon Dövlət X10 yol patrul xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, “Şıxov” çimərliyi ərazisində yolun hərəkət istiqaməti olmamasına baxmayaraq yol polisi əməkdaşları tərəfindən süni post yaradılmış və saxlanılmışdır. Alkotester müayinəsindən keçmiş və bu zaman içkinin miqdarı 0,380 promil görünmüşdür. Halbuki bundan təxminən 1-2 saat sonra Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən edilmişdir. Əgər həqiqətən sərxoş idisə, həmin vaxt protokollaşdırılardı. İçki qəbul etmiş, lakin hadisədən çox əvvəl olmuşdur. İnzibati xəta hadisəsini törətmədiyi üçün şikayətin təmin edilməsini, TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehin vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon X13 Şöbəsi Yol Patrul Xidməti inspektoru, polis serjantı X8 izahatında bildirmişdir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, “Şıxov” çimərliyi ərazisində xidmətdə olarkən aşkar edilmiş, X1, alkotesterlə müayinə edilmiş və müəyyən edilmişdir ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən də aydın şəkildə görünür. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 21:39-da Bakı şəhəri, Səbail rayonu ərazisində “HAOJUE TR 150 S motosikl” markalı, 36-A-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan AD №-li 878634 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HAOJUE TR 150 S motosikl” markalı, 36-A-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 “HAOJUE TR 150 S motosikl” markalı, 36-A-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdək X4 etibar etmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2/33259 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X5 ayıq vəziyyətdədir. İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 21:39 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Bunu özü də etiraf etmiş və alkotester müayinəsi nəticəsində qəbul etdiyi içkinin miqdarı 0, 384 promil çıxmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 21:39-da Bakı şəhəri, Səbail rayonu, “Şıxov” çimərliyi ərazisində “HAOJUE TR 150 S motosikl” markalı, 36-A-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etdiyindən və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsinə əsasən motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Səbail Rayon Dövlət X10 TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 avtomobili Bakı şəhəri, Səbail rayonu ərazisində “HAOJUE TR 150 S motosikl” markalı, 36-A-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə edərək və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Səbail Rayon Dövlət X10 TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Səbail Rayon Dövlət X10 TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1628/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1628/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver