Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1629/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, X6 Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin 29 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin 29 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 29 iyul 2020-ci ıl tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsinin çimərliyində ailəsi ilə istirahət edirdi. İstirahət edərkən polis mayoru X5 tərəfindən barəsində MN ******* saylı protokol tərtib etmişdir. O, ailəsi ilə birlikdə zərurətlə əlaqədar olaraq yaşadıqları bağdan çıxıb dəniz kənarında səhhətləri üçün vacib olan hava və günəş şüalarının qəbul edərək vitamin D qəbul edirdilər. Maddi imkanı çətin olduğundan uşaqları və özlərinin təbii yol ilə immunitetini qaldırırdılar. Nazirlər Kabinetin karantin qaydalarına uyğun olaraq dəniz kənarında gəzintiyə icazə var. Bununla bərabər bildirmək istəyir ki, çimərlikdə çimməyə qadağa heç bir qanunda yazılmayıb və qadağa yoxdur. Dəniz kənarında gəzinti vaxtı polis əməkdaşları yaxınlaşıb özlərini və sənədlərini təqdim etmədən qanunsuz olaraq dəniz kənarı tərk etməyə tələb etdilər. Maraqlanaraq səbəbini öyrənmək istəyəndə isə qanunsuz tələblərini irəli sürüb sms icazə yoxlamağa başladılar. Konstitusiya hüquqlarına zidd olan sms icazələri var idi və bu Çevik Polis əməkdaşları tərəfindən təsdiqləndi. Daha sonra onlara heç bir izahat vermədən sahə inspektoru X3 əraziyə çağırdılar və o ilkin olaraq boş blank protokola imza atmağını tələb etdi. Boş blank protokola imza atmaqdan imtina edəndə, onlar polis tərəfindən təzyiqə məruz qaldılar. Doldurulmamış protokolu imzalamadığını bildirəndən sonra polis mayoru Fərhadov Polad MN ******* nömrəli qərarlı protokol tərtib edib protokolun iki vərəqindən yalnız bir vərəqin nüsxəsini təqdim etdi. Polis mayoru Fərhadov Polad qanunu pozub tərtib edilən protokolun bütün nüsxələrini təqdim etmədi, protokolda etirazını yazmağa imkan vermədi. Əlavə edərək polislərə bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 112-ci maddəsinə əsasən (Fövqalədə vəziyyət tətbiq edilməməsini nəzərə alaraq və 28-ci maddənin 3-cü bəndini rəhbər tutaraq sərbəst azad hərəkətə malikdi. Ümumiyyətlə İXM-nıin 21-ci maddəsi AR Konstııtsiyasına zidd olmasını qeyd edir ki, Qanunlarda ziddiyat yaranır və İnzibati Xətalar Məcəllənin 21-ci maddəsi onun konstitusiya hüquqlarından üstün ola bilməz. Bakı şəhər, Sabunçu rayon polis idarəsi, 42ci polis bölməsi polis əməkdaşı mayor X5 tərəfindən tərtib edilən MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X7 şikayətini müdafiə edib şikayət ərizəsinə uyğun izahat verərək şikayəti təmin olunmasını və Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin MN ******* nömrəli saylı protokol və onun əsasında qəbul edilən 29 iyul 2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xüsusi karantin rejimi qaydalarının tələblərini pozmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı heç bir sübut təqdim etməmiş, şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bununla bağlı hər hansı dəlil gətirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin 29 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X10 oğlunun karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin 29 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X10 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin 29 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1629/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1629/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver