Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1629/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Xidməti tərəfindən xəbəri olmadan inzibati qaydada cərimələnmişdir. X12 Xidməti tərəfindən 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən cərimələndiyi haqqında məlumatı 01 oktyabr 2022-ci il tarixdə ASANPAY vasitəsi ilə telefonuna gələn sms ilə məlumatlı olmuşdur. Həmin sms vasitəsi ilə məlum olub ki, o, fərdi sahibkar X10 inzibati qaydada 1300 azn cərimələnmişdir. İXM 555.1-ci maddəsinə əsasən Qərarda müəyyən edilib ki, o, İXM 555.1-ci maddəsinin tələblərini pozaraq İstehsalatda baş verən bədbəxt hadisə baş verən gün DƏMX məlumat verməmişdir. Bildirmək istəyir ki, rəhbərlik etdiyi ictimai iaşə obyektində heç bir bədbəxt hadisə olmamışdır. X12 Xidmətinə ünvanladığı müraciətlərdə də bunu bildirmişdir. Müraciətlərin surətlərini Məhkəməyə təqdim edir. DƏMX-nə ünvanladığı müraciətlərdə bildirmişdir ki, X4 müəssisədən kənarda yəni ictimai iaşə obyektinə aid olmayan hissədə işə gələrkən yolda onun ayağını yerdə olan şüşə qırığı kəsib. X4 dərhal iş yoldaşlarına zəng vuraraq restoranın yolunda ayağının kəsildiyini bildirib. İşçilər onu dəhal restorana gətirərək təcili yardıma zəng ediblər. Təcili yardım gələnə kimi ilkin tibbi yardım işçilər tərəfindən gösərilib. X11 təcili yardımla həkimə aparılıb və orda xəsarətin iş yerində olduğu haqqında həkim qeyd aparıb. X4 restoranın ərazisində xəsarət almamışdır və o özüdə bu faktı təsdiqləyir. Bildirir ki, bədbəxt hadisə ilə müəssisənin heç bir əlaqəsi və aidiyyatı yoxdur. Həmin hadisə müəssisənin ərazisindən kənarda və onlara aid olmayan yerdə baş verib. Həmin xəsarətin istehsalatla heç bir bağlılığı yoxdur. X4 bildirdiyinə görə 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında DƏMX-nə teleqram vuraraq bədbəxt hadisənin işdən kənar vaxt və kənar yerdə olduğunu bildirmiş və daha öncə DƏMX-də verdiyi izahatın etibarsız hesab edilməsini xahiş edib. X4 bildirdiyinə görə ondan izahat alan adını bilmədiyi xanım müfəttiş izahatın yazılmasında ona kömək edib, suallar ünvanlayıb və cavabın yazılmasında istiqamət verib. Həmin izahatın surəti ilə tanış olarkən X3 nə məqsədlə belə bir izahatın verildiyini sual etmişdir. Bildirdi ki, izahatın yazılmasında və sualların cavablandırılmasında xanım müfəttiş ona istiqamət verərək bildirib ki, heç bir problem olmayacaq.İ zahatın sonunda isə imza və izahat alan şəxsin adından məlum olur ki, izahatı alan və imzası ilə təsdiq edən şəxslər tamamilə fərqli şəxslərdir. Bu izahatı görən X4 da təəccüblü qaldı. Bildirir ki, X12 Xidməti tərəfindən xəbəri olmadan barəsində tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman iş üzrə məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada izahatı alınmayıb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman onun izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda göstərilməyib. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş normalar (yəni İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi İXM 57.1 və 57.2) DƏMX tərəfindən pozulduğu və həmin normalara əməl edilmədiyini bir daha sübut edir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan, İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların mövcud olmaması bir daha DƏMX tərəfindən verilmiş qərarın əsassız olduğunu sübut edir.Həmin məcəllənin 100.1.1. bəndində protokolun tərtib edildiyi tarix və yer göstərilməli olduğuna baxmayaraq DƏMX tərəfindən protokol inzibati xətanın törədildiyi ehtimal olunan iş yerində tərtib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən barəsində tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında Qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 tərəfindən işçisi X11 ilə 01 iyul 2022-ci il tarixdə İstehsalatda baş verən bədbəxt hadisə baş verən gün DƏMX məlumat verməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 tərəfindən işçisi X11 ilə 01 iyul 2022-ci il tarixdə İstehsalatda baş verən bədbəxt hadisə baş verən gün DƏMX məlumat verməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X5 Əmək Müfəttişliyinə ünvanlanmış 10 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, 01 iyul 2022-ci il tarixdə yaşadığı bədbəxt hadisə yəni ayağını şüşə kəsməsi hadisəsi iş yerində olmamışdır. İşə gələrkən yolda olmuşdur. İş yoldaşlarına zəng vurub yolda ayağının kəsildiyi demiş və onlar onu restorana gətirərək yardım etdilər. Su verdilər, ayağını bağladılar həkimə zəng etdilər. Xəstəxanada iş yerini soruşdular və o da demişdir. Təcili yardım gələndə onu restoranda gördü və hesab etdilər ki, orda yaralanmışdır. İş yerində yaralanmamışdır. İş yerindən kənarda yaralanmışdır. İş materiallarında olan X12 Xidmətinin 02 iyul 2022-ci il tarixli “istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan məlumatdan görünür ki, 01 iyul 2022-ci il tarixdə, saat 21:19da “Xəzər” balıq evindən 19 saylı TTT Yİ-yə çağırış daxil olmuşdur. Daxil olmuş məlumata əsasən “ “Xəzər” balıq evində ofisinat işləyən X11 iş vaxtı ayağını kəsmiş, yerində yardım göstərilmişdir. İş materiallarında olan X5 13 iyul 2022-ci il tarixli izahatından görünür ki, növbəli iş rejimi ilə işləyir, birinci növbə 10:00-dan 16:00-a kimi, ikinci növbə 16:00-dan 23:00-a kimi olur. 01 iyul 2022ci il tarixdə saat 16:00-da işə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi İcbari X20 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Baki Şəhər Təcili X15 Yardim Stansiyasi” X18 X12 Xidmətinə ünvanlanmış məktubundan görünür ki, 01 iyul 2022-ci il tarixdə saat 21:19-da “103” xidmətinə Səbail rayonu, N.Quliyev küçəsi, 57, “Xəzər” balıq evinin özünə ünvanından ofisiantın adına “ayağını şüşə kəsib” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 19 saylı bölmənin həkimi Arzu Zeynalova icra edərək, xəstə X9 (22 yaş) “Sol pəncənin alt səthinin kəsilmiş yarası” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. Hadisə barədə 8-ci polis bölməsinin əməkdaşı Məhərrəmova məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, bədbəxt hadisənin iş yerində baş verməməsi barədə şikayət ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, X10 tərəfindən istehsalatda baş verən bədbəxt hadisə baş verən gün DƏMX məlumat verməməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1629/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1629/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver