Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1629/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 26400.00 Avro məbləğində vəsaiti 30 İyul 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 26400.00 Avro məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 İyul 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” na əsasən AR rezident və qeyri- rezident hüquqi şəxslər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmadıqda və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılınadıqda bu barədə məlumat və qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər Bank Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli, R BMS KTB 202704 saylı müqavilə və xx.xx.2021-ci il tarixli 00621 saylı İNVOİCE əsasında Şəxs MMC tərəfindən 26 400.00 (iyirini altı inin dörd yüz) AVRO məbləğində vəsait BMS SONDAJ MAKİNALARİ VE DİSH TİCARET LTD STİ-nin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin etirazından görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidirr. Belə ki, Şəxs MMC-ti barəsində tərtib olunmuş EP seriyalı, ******* nömrəli, 14 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına Şəxs MMC-nin 26400,00 EURO məbləğində pul vəsaitini 06 avqust 2021-ci il tarixdə xaricə köçürməsi və 2 (iki) il müddətin keçməsinə baxmayaraq 26.400,00 vəsaiti hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi, bununla da yuxarıda göstərilən məbləğdə valyuta vəsaitinin geri qaytarılməmasının müəyyən edilməsi əsas olmuşdur. Şəxs MMC-ti ilə Türkiyə Respublikasının hüquqi şəxsi olan “BMS SONDAJ MAKİNALAR SANAYİ VƏ DİŞ TİCARET” LTD STİ şirkəti arasında 27 aprel 2020-ci il tarixli, BMS- KTB/202704 nömrəli “Təhcizat müqaviləsi” bağlanmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, sözügedən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılmışdır. Hazırkı vəsatətə əlavə edilən “BMS SONDAJ MAKİNALARİ SANAYİ ve DİS TİCARET" LTD.STİ şirkətinin rəhbəri Abbas Koculu tərəfindən Şəxs MMC-nin direktoru Nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 213/04 nömrəli məktubdan görünür ki, müqavilənin vaxtında və tam olaraq icra olunmamasının səbəbləri barədə müvafiq məlumatlar verilmişdir. Hazırkı vəsatətə əlavə edilən "xxxx" QSC-nin müalicə həkimi E.Q.Bəşirov və həmin tibb müəssisəsinin Baş həkiminin müavini L.Şəkərova tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 1088/23 nömrəli Epikrizdən görünür ki, Şəxs MMC-nin təsisçisi və direktoru Nümayəndə2 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək sözügedən epikrizdə göstərilən diaqnozla yuxarıda sözügedən tibb müəssisəsində stasionar müalicədə olmuşdur. Hazırkı vəsatətə əlavə edilən Türkiyə Respublikasının tibb müəssisəsi olan “MEMORİAL” xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və tarixsiz “ilgili məqama” adlandırılan arayışlardan və epikrizdən görünür ki, Nümayəndə2 xx.xx.2023-cü il tarixdən həmin xəstəxanada yuxarıda sözügedən tibbi sənəddə və arayışlarda göstərilən xəstəlikdən müalicə olunur. Nəzərinizə çatdırılır ki, Şəxs MMC-nin direktoru Nümayəndə2 yuxarıda göstərilən müqavilə əsasında Azərbaycan Respublikasına Türkiyə Respublikasından idxal edilməli olan malların gətirilməsi ilə şəxsən məşğul olmuş, bununla bağlı bütün əlaqələr bilavasitə onda saxlanılmaqla, müvafiq danışıqlar, müzakirələr məhz onunla aparılmışdır. Nümayəndə2 hazırkı tibbi sənədlərdə göstərilən ağır xəstəliyə düçar olması və bu səbəbdən də xəstəxanalarda stasionar müayinə və müalicədə olması xx.xx.2021-ci il tarixində xaricə (Türkiyə Respublikasına) köçürülmüş vəsait hesabına alınmalı olan malların 26.400.00 EURO məbləğində olan hissəsinin Azərbaycan Respublikasına idxalına hazırkı vaxtadək nail olunması mümkün olmamışdır. Göstərilənləri rəhbər tutub məhkəmədən Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Nümayəndə1 tərəfindən “KASPİYAN TƏHLÜKƏSİZLİK BALTALARİ" MMC barəsində tərtib olunmuş 14 avqust 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 26 400.00 (iyirini altı inin dörd yüz) AVRO məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-nin etirazında qeyd edilən MMC-nin direktoru Nümayəndə2 xəstə olması səbəbindən köçürülmüş pul vəsait hesabına Azərbaycan Respublikasına idxal edilməli olan malların hazırkı vaxtadək idxalının mümkün olmaması ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmir və hesab edir ki, bu hal Şəxs MMC-nin məsuliyyətdən yayınmasına səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 3, 18, 40,43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 26 400 (iyirimi altı min dörd yüz) AVRO vəsait məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 5280 (beş min iki yüz səksən) AVRO vəsait məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1629/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1629/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver