Məhkəmə qərarları › İş №3(009)-1629/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1629/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1629/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X5 və Şahid üçün iş icazəsi Şəxs MMC tərəfindən alınmışdır. X5 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid üçün isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icazə alınmışdır. Halbuki Şahid əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X2 əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, həmin şəxslər işçi kimi aparılsa da, sistemdə əmək müqavilələri yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, Şahid ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə ərizə ilə işdən çıxmaq üçün müraciət etmiş və müqaviləsinə xitam verilmişdir. Portalda da bu görünür. İşdən çıxdıqdan sonra xx.xx.2024-cü il tarixdə Qazaxıstan Respublikasına giriş etmişdir. Şəxs MMC işçilərin siyahısını “SOCAR”-ın Qaz Kəmərləri İdarəsinə təqdim edir, idarə də icazəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alır. İcazənin müddəti 10-15 gün çəkdiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilməsi barədə məlumat onlara ötürülə bilməmişdir. Portalda icazənin olması işçinin orada işlədiyini göstərmir. Göstərilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-dən öz ərizəsi ilə işdən çıxmışdır. Buna səbəb daha yüksək maaşlı işə keçmək istəməsi olmuşdur. Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonunda işləməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələrinin, şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonuna giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış X2 xx.xx.2024-cü il tarixdən, Şahid xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdurlar. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan icazə sənədindən görünür ki, X5 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləmələri üçün icazəni Şəxs MMC almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi üzrə Şəxs MMC “İşə götürən”, Şahid isə “işçi”-dir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 42/24 nömrəli əmrdən görünür ki, Şahid əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şahid xarici pasportunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Qazaxıstan Respublikasına giriş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi üzrə “Şəxs MMC “İşə götürən”, X5 isə “işçi”-dir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 46/24 nömrəli əmrdən görünür ki, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Lakin Şəxs MMC-nin nümayəndəsinin və şahidin məhkəmə iclasındakı izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonunda işləməmələri, habelə həmin əraziyə giriş etməmələri tamamilə sübuta yetirilmişdir. Belə ki, Şahid əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X2 əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC Şahid və X2 Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonunda işləmələri üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən icazə almaq üçün müraciət etmiş və icazələri alınmışdır. Lakin Şahid və X5 əmək müqavilələrinə xitam verilərək işdən çıxdıqları üçün həmin əraziyə getməmişdirlər. İşçilərin əmək müqavilələrinə xitam verilməsi barədə məlumat Daxili İşlər Nazirliyinin sisteminə ötürülmədiyindən hadisə işçilərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmaları kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar