Məhkəmə qərarları › İş №3(009)-1632/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1632/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1632/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, ******* saylı protokol üzrə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətinə aid olduğundan protokol tərtib olunaraq baxılmaı üçün göndərilmişdir. 06 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə R.Rza küçəsi 17-də aşağı qonşusu olan vətəndaş Zərərçəkmiş şəxs evinin dam örtüyünü sındırmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Şəxs şikayətçidir, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, onun evinin qarşısında qanunsuz quraşdırılmış, onun hərəkətinə mane olan bir ədəd şifer parçasını götürüb kənara qoymuşdur. Bütövlükdə qanunsuz quraşdırılmış dam örtüyünün isə söküntüsünü 7 saylı MKİS işçiləri tərəfindən həyata keçirilmişdir. Bunların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail rayon RPİ-nin tərtib etdiyi MN1438207 saylı xx.xx.2022-ci il tarixli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Səbail rayon RPİ-nin tərtib etdiyi MN ******* saylı xx.xx.2022-ci il tarixli protokol ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, buna görə də icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş X6 həm polis idarəsinə, həm də məhkəmədə verdiyi izahatlarda özü də bildirmişdir ki, onun inşa etdiyi dam örtüyünə heç bir icazə almamışdır. Bu həmin tikilinin qanunsuz olduğunu sübut edir. Qanunsuz tikilmiş əmlak isə şəxsin əmlakı sayıla bilməz və ona hər hansı ziyan vurula bilməz. Bundan başqa, zərərçəkmiş X6 həm polis idarəsinə, həm də məhkəmədə verdiyi izahatlarda etiraf etmişdir ki, qanunsuz tikili olan dam örtüyünün həm tikintisini, həm də sökülməsini 7 saylı MKİS-nin işçiləri həyata keçirmişlər. Bunu təsdiq edən fotoşəkillər də vardır, etiraza əlavə edilir. Bundan başqa, zərərçəkmiş X1 dəymiş ziyanın məbləği ilə bağlı heç bir sübut təqdim etməmişdir. İş materiallarında da ziyanla bağlı heç bir sənəd yoxdur, iş üzrə müvafiq ekspertiza da keçirilməmişdir. Ona görə də, zərərçəkmiş X4 250 manat ziyan vurulması əsassızdır, iş materialları ilə sübuta yetirilmir. Zərərçəkənin bildirdiyinə görə, hadisə xx.xx.2022-ci ildə baş vermişdir, buna görə də inzibati tənbeh tətbiq edilə bilməz. İnzibati xəta barədə protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş müddətdə tərtib edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, MKİS-də sahə nəzarətçisi vəzifəsində işləyir. Dam örtüyünün qurulması üçün icazə lazımdır. Vətəndaş X6 tərəfindən dam örtüyü tikilməsi üçün icazə təqdim edilməmişdir. Həmin dam örtüyünün kim tərəfindən qurulması və daha sonra sökülməsi barədə heç bir məlumatı yoxdur. Bundan başqa ona təqdim edilmiş şəkilə baxaraq həmin şəkildəki şəxslərin onun işçisi olduğu MKİS-in işçiləri olduğunu təsdiqləmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X5 məxsus dam örtüyünün qırılması nəticəsində 250 manat maddi ziyan vurmuş Teysurova Gülşən adlı şəxsin tapılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə üçün qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Həmin qərardan həmçinin görünür ki, 18 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, 27 iyul 2022-ci il tarixdə yaşadığı evin üzərində tərəfindən quraşdırılmış dam örtüyü qonşusu Şəxs tərəfindən sındırılaraq yerə atılmışdır. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokolla birlikdə toplanmış materiala əlavə edilmişdir. Hadisə yerinin TŞ və digər kamera görüntü vasitələri ilə videogörüntülərin əldə olunmasından, hadisəni törədən şəxsin, habələ hadisənin ola biləcək şahidlərinin müəyyən olunmasından ötrü aidiyyəti əməkdaşa tapşırıq verilmiş, lakin təhqiqat müddətində heç bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə toplanmış materialdan belə qənaətə gəlinmişdir ki, Şəxs adlı şəxsin vətəndaş Zərərçəkmiş şəxs məxsus dam örtüyünü qırması nəticəsində 250 manat maddi ziyan vurulmuşdur. İş materiallarında olan raportdan görünür ki, 18 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X6 ərizə ilə müraciət edərək bildirmişdir ki, 27 iyul 2022-ci il tarixdə yaşadığı evin üzərində tərəfindən quraşdırılmış dam örtüyü qonşusu Şəxs tərəfindən sındırılaraq yerə atılmışdır. Daxil olmuş ərizə araşdırılması üçün 18 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-də 1 saylı HK-da 2067 nömrəsilə qeydiyyata alınmışdır. Daxil olmuş ərizə əsasında təhqiqat araşdırması aparılmış, naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin əlamətlərinin olduğu müəyyən edilmişdir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir, vətəndaş X5 məxsus dam örtüyünün qırılması nəticəsində 250 manat maddi ziyan vurmuş Şəxs adlı şəxsin tapılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə üçün qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməlidir. ünvan 2 ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 24 iyul 2022-ci il tarixində (bazar günü) Səbail rayonu 7 saylı MKİS-nin xidməti ərazisində yerləşən R.Rza küçəsi 17(27B-31A) saylı binanın 2/3 mənzilində yaşayan X8 özbaşına hər hansı bir rəsmi müraciət və sənədləşmə aparılmadan yaşadığı mənzilin giriş hissəsində metal konstruksiyadan ibarət çardaq quraşdırmışdır. Bu səbəbdən sözügedən binanın 2-ci mərtəbəsində 10 saylı mənzildə yaşayan Şəxs narazılığına səbəb olmuşdur. Bu barədə Zərərçəkmiş şəxs Məmmədovna axşam saatlarında MKİS rəhbərliyinə məlumat verərək bildirmişdir ki, onun quraşdırdığı metal şiferləri qonşusu tərəfindən sökülmüşdür. Ertəsi gün 25 iyul 2022-ci il tarixində səhər saatlarında Zərərçəkmiş şəxs Məmmədovna tərəfindən quraşdırılmış çətirin üzərində yerləşdirilmiş 2 (iki) ədəd dəmir şiferin sökülərək, binanın həyətinə atıldığını görmüşlər. Sözügedən ünvanda özbaşına quraşdırılmış çardağın digər hissələri Zərərçəkmiş şəxs Məmmədovnanın iştirakı ilə sökülərək özünə təhvil vərdildi. Zərərçəkmiş şəxs Məmmədovnaya bu barədə bir daha xəbərdarlıq edildi ki, onların yaşadıqları yaşayış binası 1909-cu ildə tikilmiş 3308 qeydiyyat nömrəsi ilə MKİS-də olan məlumatlara əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni X10 və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi həmin maddənin tərkibi o zaman yaranmış olur ki, şəxs tərəfindən özgənin əmlakı qəsdən məhv edilmiş və ya zədələnmiş olsun. Hazır ki, iş üzrə isə sözügedən əmlakın Zərərçəkmiş şəxs Məmmədovnaya məxsus olması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə 7 saylı MKİS-nin məhkəməyə ünvanladığı məktubdan göründüyü kimi X8 özbaşına hər hansı bir rəsmi müraciət və sənədləşmə aparılmadan yaşadığı mənzilin giriş hissəsində metal konstruksiyadan ibarət çardaq quraşdırmışdır. Həmçinin ona həmin binanın yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qeydə alınması ilə bağlı xəbərdarlıq da edilmişdir. Şəxs bir ədəd dam örtüyünün kənara qoyması faktı özünün etirafı və işin digər materialları ilə öz təsdiqini tapmış, işin mübahisəsiz haldır. Belə olan halda məhkəmə hesab edir ki, əmlak özbaşına quraşdırılmış olduğundan Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 39.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar