Məhkəmə qərarları › İş №3(009)-1634/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1634/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1634/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin İstintaq-Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq-Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq-Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli 10000-00076/** EP ***9927 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad ev 15, mənzil 28 olan hüquqi şəxs Şəxs MMC tərəfindən Almaniya Federativ Respublikasından xx.xx.2023-cü il tarixli ********** nömrəli invoys sənədi ilə 94546587 nömrəli vaqonda, ********** nömrəli invoys sənədi ilə ********* nömrəli vaqonda, ********** nömrəli invoys sənədi ilə 94541240 nömrəli vaqonda gətirilməklə idxal olunan “kənd təsərüffatı üçün təkərli traktorlar” malı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Şəxs MMC tərəfindən gömrük orqanına qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. Materialda olan “Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin ünvanına 94546587, 945045537, 94541240 nömrəli vaqonların eyni anda keçidini təmin edən 2034 nömrəli qatar xx.xx.2023-cü il tarixində saat 14:08-də Xaçmaz Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin vagonla daşınaraq gətirilmiş mallara dair qısa idxal bəyannaməsi tələb edilən vaxt ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə saat 14:18-də verilmişdir. Dövlət Gömrük Komitəsinin X2 Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/3-1-035047/2023 nömrəli xidməti qeyddən görünür ki, xx.xx.2023-cü il tarixində (saat 09:00-dan saat 14:18dək) gömrük orqanlarının elektron sistemlərində heç bir xəta müşahidə edilməmiş və sistem müntəzəm fəaliyyət göstərmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin İstintaq-Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsi X5 protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin İstintaq-Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu Əhməd Cavad ev 15 mənzil 28 olan Şəxs MMC tərəfindən Almaniya Federativ Respublikasından 94546587, 94504537, 94541240 vaqonlar vasitəsilə Azərbaycan Respublikasına idxal edilmiş “kənd təsərüffatı işləri üçün təkərli traktorlar” mallarının gömrük ərazisinə gətirilməzdən əvvəl müəyyən edilmiş müddət ərzində elektron formada qısa idxal bəyannaməsinin verilməməsi barədə X6 “Şirvan” gömrük postundan material daxil olmuşdur. İş materiallarına əlavə edilmiş iş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən Almaniya Federativ Respublikasından xx.xx.2023-cü il tarixli ********** nömrəli invoys sənədi ilə 94546587 nömrəli vaqonda, ********** nömrəli invoys sənədi ilə ********* nömrəli vaqonda, ********** nömrəli invoys sənədi ilə 94541240 nömrəli vaqonda daşınan “kənd təsərüffatı üçün təkərli traktorlar” malının Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsindən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 94546587, 945045537, 94541240 nömrəli vaqonların eyni anda keçidini təmin edən 2034 nömrəli qatarın xx.xx.2023-cü il tarixində saat 14:08-də Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin vaqonla daşınaraq gətirilmiş mallara dair qısa idxal bəyannaməsi tələb edilən vaxt ötürüldükdən sonra, yəni ən geci 1 saat əvvəl təqdim olunması tələb olunduğu halda, həmin bəyannamə xx.xx.2023-cü il tarixdə saat 14:18-də verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursundan sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair çıxarışdan görünür ki, Almaniya Federativ Respublikasından Şəxs MMC-nin ünvanına 94546587 nömrəli vaqonla göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 14:25 radələrində, ********* nömrəli vaqonla göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 14:14 radələrində, 94541240 nömrəli vaqonla göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 14:22 radələrində “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin “X1 Sistemi” Dəmir yolu nəqliyyatında qeydiyyatı üzrə elektron çıxarışdan görünür ki, 94546587, 945045537, 94541240 nömrəli vaqonların eyni anda keçidini təmin edən 2034 nömrəli qatarın xx.xx.2023-cü il tarixində saat 14:08-də Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gömrük orqanına elektron formada xx.xx.2023-cü il tarixdə saat 14:18-də rəsmiləşdirilmək üçün göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı təmin edilmiş və o, izahatında bildirmişdir ki, mallar vaxtından tez Rusiyanın Maxaçqala şəhərinə çatmış, xx.xx.2023-cü il səhər saat 10 radələrində nasazlığa görə bəyannamənin sistemə ötürülməsi mümkün olmamışdır. Eyni zamanda geyd etmişdir ki, Almaniya Federativ Respublikasından mallar adətən 14 gün ərzində Azərbaycn Respublikasının ərazisinə çatdırılır, malların daşındığı vagonların dəyişdirilməsi ehtimalı olduğunundan gısa idxal bəyannamələri malların çatdıırlmasından 4-5 gün əvvəl təqdim edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC- nin tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapdığından Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar