Məhkəmə qərarları › İş №3(009)-1634/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1634/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1634/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə xx.xx.1994-cü ildə təvəllüdlü, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 dalan 5-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs aparılan müayinə zamanı narkotik vasitə istehlak etdiyi müəyyən edilmişdir . Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olması iş materiallarından olan sübutlarla tam təsdiq olunduğundan, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. Beləliklə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını və törədilən əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində AR İXMnın 206-cı maddəsində nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar