Məhkəmə qərarları › İş №3(009)-1636/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1636/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1636/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X3 oğlunun katibliyi Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 2(005)-996/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə tələbi icra etməyən borclu xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayan Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Eldar Hüseynli tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Eldar Hüseynli tərəfindən inzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixli əlavə tərtib edilmiş və orada göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-996/2022-019 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X4 ilə Şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin müqavilə ləğv edilməli və xx.xx.2021-ci il tarixli ilkin müqaviləyə əsasən iddiaçı X1 mülkiyyətində olan 1989-cu il buraxılışlı "**-BO-***" dövlət nömrə nişanlı KAMAZ 55111 markalı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınaraq iddiaçı X2 qaytarılmalıdır. Ödənişin gecikdirildiyi 2 (iki) aya görə hər günü 10 (on) manatdan olmaqla 600 manat pul vəsaiti və 110 (yüz on) manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icra edilməsi məqsədi ilə X2 məxsus "Kamaz 55111" markalı, "**-BO-***” dövlət qeydiyyat nişanlı avtomobilin axtarılması baradə xx.xx.2024-cü il tarixli qərar qəbul olunaraq icra edilməsi üçün Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilmişdir. İcra sənədində qeyd olunan avtomobilin təhvil verilməsi ilə bağlı borcluya yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu avtomobili təhvil verməkdən yayınmışdır. Borclu barəsində xx.xx.2025-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün müvafiq polis orqanına göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş, izahatında sözügedən nəqliyyat vasitəsini tələbkar Kənan Vəliyevin adamlarına təhvil verdiyini bildirmişdir.İcra vərəqəsində göstərilən 710 manat məbləğində pul vəsaitini ödədiyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru E.Hüseynli izahatında göstərmişdir ki, icra sənədləri icraatına daxil olduqdan sonra, müvafiq qərar qəbul etmiş, borclu şöbəyə dəvət edilərək izahatı alınmışdır. Tələbkar icra sənədində qaytarılması nəzərdə tutulan avtomaşını qaytarmadığını bildirmişdir.Borclu barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 528-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, avtomaşını qaytarmışdır. Lakin akt tərtib olunmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta törədən şəxsin özünün AR İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilməməsini özünü müdfaiə xarakteri daşımaqla məsuliyyətdən yayınma kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar