Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1637/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Səbail Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 20 iyun 2024-cü il tarixdə Səbail rayonu, Səlyan şosesi adlı ərazisində idarə etdiyi “Hyundai Sonata” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil polis serjantı X4 tərəfindən saxlanılmış ilk olaraq ona avtoxuliqanlıq etdiyi rəisin göstərişi olduğu və avtomobilin Səbail RDYPŞ getməli olduğu bildirilmişdir. Belə ki, polis serjantının müşayəti ilə Səbail DYPŞ-nə yaxınlaşmış, idarədə polis mayoru rütbəsini daşıyan polis nəfərinə avtoxuliqanlıq etmədiyini bununla bağlı protokol tərtib etməli olduqlarını və sübutları ona təqdim etməli olduqlarını bildirdikdən sonra o, polis serjantı X3 göstəriş verərək barəsində protokol tərtib etməli olduqlarını bildirmişdir. Bundan sonra polis serjantı heç bir sübut gətirmədən ona əsassız olaraq, İXM-nin 327.4 və 327.1 -ci maddlərinin tələblərinin pozulması barədə əsassız və qanunsuz protokol tərtib etmişdir. Bundan sonra barəsində tərtib edilmiş İXP6344624 saylı protokolda şikayət vermiş, şikayətilə bağlı xx.xx.2024-cü il tarixdə ********** mobil nömrəsindən zəng vurularaq araşdırma aparılması şöbəyə polis pk/l Toğrul Quliyevin qəbuluna gəlməli olduğu ona bildirilmişdir. Həmin tarixdə qeyd edilən şəxsə yaxınlaşmış qayda pozuntusunun sübutlarını ona təqdim edilməsini əks təqdirdə protokolun ləğv edilməsini xahiş etsə də, Toğrul Quliyev ona heç bir sübut göstərə bilməyəcəklərini yalnız məhkəməyə müraciət etsə subutu ora təqdim edə biləcəklərini bildirmişdir. Həmin polis nəfərinin hərəkətləri əsassız olduğundan bu barədə 902 qaynar xəttinə məlumat vermişdir. Daha sonra TP ******* tanış olarkən ona məlum olmuşdur ki, xx.xx.2024-cü ildə onu şöbəyə dəvət etməklərinə baxmayaraq, barəsində xx.xx.2024- cü il tarixdə qeyd edilən əsassız qərarı qəbul edilmişdir. Hesab edir ki, protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Hesab edir ki, göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsininn tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, qayda pozuntusunun olub-olmamasının özü sübut edilməyib. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən qayda pozuntusu tərəfindən törədilməmiş və bu fakt DYP əməkdaşı tərəfindən ona heç bir vasitə ilə sübut edilə bilməmişdir. Ümumiyyətlə, İXM-in 8.2-ci maddəsinə əsasən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və pozuntusunda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməli, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-in 8.3-cü maddəsi), yəni sürücünür təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübul edildikdə inzibati tənbeh (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxardılmalıdır. Azərbaycan Respublikalı İnzibati Xətalar Məcəlləsinin 53.0 -ci maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci bəndinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsindən əsasən hər hansı şəxs barəsində başlanılmış, inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsi aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.3 və 135.1 maddələrində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: •hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; •bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Evni zamanda AR MPM-nin 77.2-ci maddəsinə əsasən “Dövlət orqanlarının, icı və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi ücün əsas olmus halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düsür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsin əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkə qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etm haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydad verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxss və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. AR İXM-nin 129.1.3-cü maddəsində göstərilir ki, “səlahiyyətli orqanın (vəzifəl şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yer və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə.. Həmin Məcəllənin 129.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrs qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Həmçinin, Konstitusiya Məhkəməsinin aşağıdakı qərarlarına əsasən (F.Cavadov. və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayə: üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli! qərarlar) formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. İnsan Hüquqlar üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəs məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Va" de Hurk Hollandiya qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarlar). Bundan başqa, işin obyektiv həlli üçün yalnız mötəbər sübütlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olma, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar əsasında nəticə çıxararkən aşağıdaqayda əsas tutulmalıdır: a)güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; b)sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; c)bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır. Qanunvericiliyin sadalanan tələblərindən göründüyü kimi, Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda qeyd olunan İXM-nin 8-ci maddəsinin tələblərini pozmaqla idarə etdiyim və mənə məxsus “Hyundai Sonata” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə tərtib edilmiş İXP ******* saylı protokol üzrə mənə hər hansi sübut təqdim etmədən barəmdə inzibati xəta haqqında is üzrə qanunsuz TP ******* savlı qərar qəbul etmişdir. Qərarı rəsmi olaraq xx.xx.2024cü il tarixdə mənə təqdim edilmiş və bu fakt polis nəfərinin imzası ilə təsdiq edilmişdir. Göstərilənlərə əsasən “Hyundai Sonata” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı inzibati xəta barədə iş üzrə qanunsuz qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, X2 barəsində heç bir sübut əlavə edilmədən və araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında qərar qəbul edilmişdir. Göründüyü kimi X1 xx.xx.2024-cü il tarixdə, saat 16:32-də Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Səbail Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Səbail Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1637/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1637/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver