Məhkəmə qərarları › İş №3(009)-164/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-164/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-164/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 25550010 saylı, 14 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ25550010 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X2 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayon ərazisində Bülbül və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində avtomaşınların hərəkətdə olmadığı vaxtda elektron radar vasitəsi ilə onun idarə etdiyi HYUNDAİ AVENTE minik markal ** XT *** qeydiyyat nişanlı avtomaşına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməyinə dair protokol tərtib olunaraq 100 manat cərimə və 3 balla cəzalandırılıb. HYUNDAİ AVENTE minik markal ** XT *** qeydiyyat nişanlı avtomaşın o, 28 mart 2024-cü il tarixli etibarnamə əsasında idarə edir. X5 qeyd edirki,həmin protokol və onun əsasında qəbul olunmuş qərar əsassıdır. Belə ki, həmin vaxtı qarşıda hərəkət tam dayanmışdı və avtomaşınlar hərəkət etmirdi. Onun avtomaşını sadəcə olaraq yol ayrıcında dayanmışdır. Avtomaşını idarə edərək oradan çıxarmaq mümkün deyildir. Bunu tərtib edilmiş protokola əlavə edilmiş fotoşəkillərdən də görmək mümkündür. O qeyd edir ki, yol ayrıcında olmağının günahkarı o deyildir. Burada onun dayanmağına şərait qarşıda olan tıxacdır. Həmin tıxacdan o, avtomaşınını oradan çıxarda bilməyib. Ona görə də avtomaşını yol ayrıcında digər avtomaşınlarla bərabər orada qalmışdır. O qeyd edir ki, göründüyü kimi burada yaranmış vəziyyətlə əlaqədar olaraq o həmin tıxacdan çıxa bilməyib. Tıxac olduğuna görə ona protokol tərtib edilməsi yolverilməzdir. O qeyd edir ki, inzibati xəta törətməyib. Şəxsin əməlində qəsd olsa onda inzibati xəta törətmiş olur. Burada isə heç bir qəsdən söhbət gedə bilməz. Yaranmış anormal tıxacla əlaqədar olaraq o yol-ayrıcında qalıb. X5 qeyd edir ki, o, inzibati xəta törətməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmağını qanunla müəyyən olunmuş qaydada mümkün olmadığı üçün inzibati məsuliyyyətə cəlb oluna bilməz. Buna görə də DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş: EQ № 25550010, 14 yanvar 2025-ci il tarixli qərar ləğv edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3cü maddəsini rəhbər tutaraq, X1 Hərəkəti Qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında EQ№ 25550010 saylı, 14 yanvar 2025-ci il tarixli elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xaiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5, şikayətinin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 25550010 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 14 yanvar 2025-ci il tarixli, EQ 25550010 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 14 yanvar 2025-ci il tarixli, EQ 25550010 saylı inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, HYUNDAİ AVENTE minik markal ** XT *** qeydiyyat nişanlı avtomaşın, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X9 İdarəsinin 14 yanvar 2025-ci il tarixli, EQ 25550010 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 14 yanvar 2025-ci il tarixli, EQ 25550010 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar