Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1640/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin X13 şöbəsi baş inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayonu X13 şöbəsi tərəfindən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X13 şöbəsinin baş inspektoru X7 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, həmin gün bacısıgilin həyətində olarkən az miqdarda pivə içmiş və sərxoşluğunun dərəcəsi az olmuşdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da “Mercedes Benz C180 minik” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin çıxarışından görünür ki, X1 etibarnamə ilə “Mercedes Benz C180 minik” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək hüququnu Şəxs vermişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, ünvan 1 ünvanında etibarnamə ilə idarə etdiyi “Changan” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilini park etmişdir. “Mercedes” markalı, 99-FU- 287 dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə həmin park olunmuş avtomobilinin qabaq hissəsi çırpılmış zərbənin gücündən avtomobilin arxa hissəsi arxada park olunmuş “Mercedes” markalı, **-MJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, ünvan 2 ünvanında yaşadığı küçədə özünə məxsus “Mercedes” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini park edərək evinə getmişdir. Ona məlumat verilmişdir ki, qonşusu Şəxs idarə etdiyi “Mercedes” markalı, 99-FU- 287 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşısına maneə çıxdığı üçün sağ düzgün manevr etməmiş, bu zaman onun avtomobilinin arxasında park olunmuş “Changan” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsinə vurub zərbənin gücündən həmin maşın onun avtomobilinin arxa hissəsinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisəni törədən sürücü onun avtomobilinə dəymiş maddi ziyanı tam ödəmişdir. Həmin sürücüyə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Nicat Şükürlü küçəsində etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısına pişik balası çıxdığı üçün maşını yan tərəfə qaçırtmaq istəyəndə dayandığı vəziyyətdə olan “Changan” markalı, **-RM- *** dövlət qeydiyyat nişanlı avtomobili iə qabaq sağ hissəsini idarə etdiyi avtomobilin sağ hissəsi ilə vurmuşdur. Zərbənin gücündən arxasında dayanmış “Mercedes” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə yüngül toxunmuşdur. Hadisə vaxtı pivə qəbul etmişdir. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan 144673 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E200 minik” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan 350065 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Changan SC7151F minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2/1175 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı Şəxs sərxoş vəziyyətdə olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1459/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da “Mercedes Benz C180 minik” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən zərərçəkmiş şəxslərə maddi zərər vurması və polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi müəyyən olunmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol məhkəməyə 19 iyun 2024-cü ildə daxil olmuş və məhkəmə tərəfindən inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin işlərə eyni vaxtda baxılması mümkün olmadığından, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə əsas tənbeh tədbiri tətbiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılması əlavə tənbeh tədbiri tətbiq edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alınaraq ona İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130, 333.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1640/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1640/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver