Məhkəmə qərarları › İş №3(009)-1641/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1641/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1641/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X1 iştirakı ilə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07.04.2020-ci il tarixində Bakı şəhəri Səbail rayonu ərazisində Səbail RPİ-nin 9-cu Polis Bölməsinin polis mayoru Novruzov onun adına yanlış MN ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokola əsasən yaşadağı ünvana 22.02.2021 tarixində daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 228154 nömrəli bildirişi əsasında məlumat almışdır. Protokolda onun xüsusi karantin rejiminin qaydasını pozaraq icazəsiz küçəyə çıxdığım qeyd edilmişdir. 07.04.2020 tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdindəki 1 saylı Bakı DOST mərkəzində könüllü olaraq fəaliyyət göstərirdi və bununla da bağlı olaraq elektron hökümət portalında icazəsi olmuşdur. Əlavə olaraq elektron hökümət portalında icazənin olduğuna dair sənədin bir nüsxəsini məhkəməyə təqdim edir. Adına yazılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətini müdafiə edib şikayət ərizəsinə uyğun izahat verərək şikayəti təmin olunmasını və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 07 aprel 2021-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Səbail Rayonu, B.Sərdarov küçəsində karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 rejimi qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “X6 Mərkəzi” publik hüquqi şəxsin 18 İyun 2021-ci il tarixli MİHO/4.1.22-2-2021-227 saylı məktubundan görünür ki, vətəndaş X5 məxsus 2020-ci il 5 aprel tarixində saat 00:34-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs tərəfindən qeydiyyata alınmış Bakı şəhəri üzrə rəsmiləşdirilmiş icazə 2020-ci il 4 may tarixində saat 23:59-da müddətin bitməsi səbəbindən ləğv edilmişdir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, protokol tərtib edilmiş tarixdə X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs tərəfindən qeydiyyata alınmış Bakı şəhəri üzrə rəsmiləşdirilmiş icazəsi olmuşdur. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İXM-in 211.1.-ci maddəsinin tələblərini pozmadığı müəyyən edildiyindən, X9 oğlunun verdiyi şikayət təmin edilməli və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1.-ci maddəsi ilə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail RPİ-nin 9-cu Polis Bölməsinin 07 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar