Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1643/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli 00100-1535/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Erdinç Gıda İnşaat X1 X2 Sanayi Ürünleri ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 99VU618/99ZF614 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********8452 sorğu nömrəli 17.02.2021-ci il tarixli Gömrük Bəyannaməsi əsasında 17.06.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş cəmi çəkisi 213,75 kq olan bitki şirələri və ekstraktları yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “X4 X1 X2 Sanayi Ürünleri ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. 05.08.2020-ci il tarixdə malların saxlanca goyulduğu Bakı şəhəri, Salyan şössesi 14-cü km ünvanında yerləşən İpək Yolu gömrük terminalının anbarında **********8452 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanca götürülmüş gida əlavələri yükünə baxış keçirilmiş, malların fotoşəkilləri çəkilmiş, mallar bəyannamə üzrə eyniləşdirilmiş, yüklərin toxunulmaz olduğu müəyyən edilərək akt tərtib edilmişdir. Nəticədə “X4 X1 X2 Sanayi Ürünleri ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Türkiyə Respublikasından idxal etdiyi çəkisi 213,75 kq olan bitki şirələri və ekstraktları yükünün müvəggəti saxlanc müddəti 17.06.2021-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək, malları sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Nəticədə “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Bu fakt 34/012/020606 saylı 03.08.2021-ci il tarixli raport, **********8452 sorğu nömrəli 17.02.2021-ci il tarixli Gömrük Bəyannaməsi (61), 05.08.20^1-ci il tarixli akt, “Erdinç Gıda inşas X1 X2 Sanayi Ürünleri ticaret Limited” Şirkətini Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Türkiyə Respublikasımı; vətəndaş Korhan Canayın izahatıilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xüsusi Gömrük Prosedurları şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, "X4 X1 X2 Sanayi Ürünleri Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən **********8452 saylı GB- ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC tərəfindən bu yüklərin digər gömrük prosedurı altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan 08.05.2021-ci il tarixli Aktdan görünür ki, Türkiyə Respublikasından “X4 X1 X2 Sanayi Ürünleri ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına 99VU618/99ZF614 yük nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8452 sorğu nömrəli 17.02.2020-ci il tarixli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda 17.06.2021-ci il tarixədək rəsmiləşdirilmiş cəmi çəkisi 213,75 kq olan bitki şirələri və ekstraktları yükünə Bakı şəhəri Salyan şössesi, 14-cü km ünvanında yerləşən “İpək Yolu” gömrük terminalında ünvanında yerləşən 6 nömrəli anbarda baxış keçirildi, mallar **********8452 sorğu nömrəli gömrük bəyannaməsi üzrə tərəfimizdən eyniləşdirildi, yoxlanıldı, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edildi. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin iştirakı təmin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ““X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Türkiyə Respublikasının vətəndaşı Korhar Canayın izahatında bildirmişdir ki, “X4 X1 X2 Sanayi Ürünleri ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktor müavini vəzifəsində çalışır. Nümayəndəlik ölkə ərazisinə bitki mənşəli mallar idxal edərək topdan və pərakəndə satışını həyata keçirir. Adı qeyd olunan nümayəndəlik Türkiyə Respublikasından cəmi çəkisi 213,75 kq olan bitki şirələri və ekstraktları ölkə ərazisinə idxal etmişdir. Həmin mallara görə sənədlərin Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən gısa müddət ərzində alınması imkan xaricində olduğundan mallar **********8452 sorğu nömrəli 17.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüşdür. Saxlancın son günü 17.06.2021-ci il müəyyənləşdirilmişdir. Lakin malların müvəqqəti saxlanc müddəti sənədlərin əldə edilməməsi səbəbindən pozulmuşdur. Verilmiş müddət ərzində malları sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirə bilməmişlər. Mallar ipək Yolu gömrük terminalında toxunulmaz olaraq saxlanılmışdır. Malların sənədlərini gömrük orqanına təqdim edə bilmədiklərindən mallardan dövlət xeyrinə imtina etmək istəyirlər. Gömrük qaydalarını pozulduğunu etiraf edirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited”Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited”Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin etirafı ilə “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited”Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited”Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited”Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1643/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1643/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver