Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1646/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X6 izahatında bildirmişdir ki, Şəxs indiyə qədər sadəcə 600 (altı yüz) manat aliment borcu ödəmiş, qalan borc qaytarılmamışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, sağlamlıq vəziyyətinə görə işləmədiyindən borcu ödəyə bilmir. Aliment üzrə yaranmış qalan borc məbləğini maddi durumundan aslı olaraq qısa müddət ərzində ödəyəcəyinə söz verir. Məhkəmə iclası zamanı 500 (beş yüz) manat məbləğin tələbkar X2 bank hesabına ödənilməsinin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etməmişdir. 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs, 23 iyun 2023-cü il tarixdən başlayaraq, 12 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşina çatanadək saxlanilmasi üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra dövlat orqanlarina və müxtəlif bank təşkilatların sorğu ila müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra senədi üzrə tələb borclu tərəfindən təmin edilməmiş, tələbkarin xeyrinə ödənilməli olan aliment məbleğindən cəmi 600 manat ödəniş edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu şöbəyə dəvət edilmişdir. O, xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş və ondan izahati alinmişdir. İzahatında işsiz olduğunu, maddi imkanın olmadığını, imkan olduqca yaranmış borcu hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclunun bugünə olan aliment borcu 5120 (beş min yüz iyirmi) manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasinın tam şəkildə təmin edilməsini tələb edir. İş materiallarında olan 2(009)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs, 23 iyun 2023-cü il tarixdən başlayaraq, 12 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. 07 dekabr 2023-cü il tarixli qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, işsizdir və imkanı olmadığı üçün tələbi icra edə bilmir. İcra sənədi üzrə bugünə qədər 600 (altı yüz) manat ödəniş etmişdir. Aliment bocunu hissə-hissə ödəyəcək. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu bugünədək 600 (altı yüz) manat aliment ödəmişdir. Aliment borcu 5120 (beş min yüz iyirmi) manat təşkil edir. Borclu barəsində məcburi icra tədbirlərinin görülməsi xahiş edilmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs 500 (beş yüz) manat borc məbləğini tələbkar X2 bank hesabına ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs, 23 iyun 2023-cü il tarixdən başlayaraq, 12 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşina çatanadək saxlanilmasi üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra dövlat orqanlarina və müxtəlif bank təşkilatların sorğu ila müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra senədi üzrə tələb borclu tərəfindən təmin edilməmiş, tələbkarin xeyrinə ödənilməli olan aliment məbleğindən cəmi 600 manat ödəniş edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu şöbəyə dəvət edilmişdir. O, xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş və ondan izahati alinmişdir. İzahatında işsiz olduğunu, maddi imkanın olmadığını, imkan olduqca yaranmış borcu hissəhissə ödəyə biləcəyini qeyd etmişdir. Borclunun bugünə olan aliment borcu 5120 (beş min yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclası zamanı borclu Şəxs 500 (beş yüz) manat borc məbləğini tələbkar X2 bank hesabına ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və borc hissələr şəklində onun tərəfindən ödəniləcəkdir. Belə olan halda məhkəmə Şəxs məhkəmə iclasındakı ifadəsini, tələbkara ödəniş etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1646/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1646/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver