Məhkəmə qərarları › İş №3(009)-1650/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1650/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1650/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Şikayətçi şikayətçi X4 iştirakı ilə, Bakı şəhər X10 İdarəsinin 29 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və həmin protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə dəqiqləşmə ərizəsi verərək xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi və ödənilən məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 16:19-da “SMS Radar” proqramında mobil telefonuna sms gətərək barəsində inzibati protokol tərtib edildiyi bildirilmişdir. Daha sonra həmin proqrama daxil olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, dörd cərimə balı ilə birlikdə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunmağı ilə bağlı məlumat əldə etdi. Qeyd edilən məlumatda isə barəsində tərtib olunan inzibati protokolun qərarsız) ödənilməsi üçün keçid vardır, ətraflı baxıldıqda isə xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydalarını pozmağı iddiası ilə xx.xx.2024-cü il tarixdə barəsində İXP ******* saylı inzibati protokol tərtib edildiyini müəyyən etdi (yəni bir aydan sonra). Qeyd edilən protokolun “əlavə edilmiş foto və video sənədlər” bölməsinə daxil olduqda isə, iddia edilən qayda pozuntusunu əks etdirən hər hansı foto və ya video görüntünün olmadığı aşkarlandı. Bununla bağlı protokolu və inzibati tənbeh barədə qərarı qəbul etmiş Polis Orqanına xx.xx.2024-cü il tarixində “SMS Radar” prroqramı vasitəsilə məlumat aldığı gün telefonla zəng edərək məsələnin aydınlaşdırılmasını və qərarın surətinin təqdim olunmasını xahiş etmişdir, cavabında isə Polis orqanına gəlməyi məsləhət biliblər. O inzibati xəta haqqında işə baxılmasında iştirakdan imtina etməmiş, yalnız işinin xarakterini nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq, vaxtı göstərilməklə rəsmi bildirişin göndərilməsini xahiş etmişdir. Daha sonra elektron iki şikayət ərizəsi göndərərək, barəsində tərtib olunmuş cərimə tənbehi ilə bağlı qərarın ləğv edilməsini və qərarın surətini xahiş etmişdir (3-13/1-Ə-47696/112024 və 3- 13-16/1 -Ə-862xx/xx/2024 müraciətlər qeydə alınmışdır). Həmin şikayətindən sonra 5 iyun 2024-cü il tarixində və 20 iyun 2024-cü il tarixində polis orqanından mobil telefonuna sms gələrək, elektron şikayət ərizələrinin qeydə alındığı bildirilmişdir. Bakı şəhər Baş Polis idarəsi X10 İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən (elektron poçt ünvanıma xx.xx.2024-cü il tarixində göndərilmişdir) xx.xx.2024-cü il tarixdə xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmış görüntülər əsasında inzibati protokol tərtib edilərək inzibati cərimə olunmağı barədə qərarın xx.xx.2024-cü il tarixində qəbul edildiyini bildirərək, barəsində tərtib olunmuş inzibati protokolun və cərimə olunmağı ilə bağlı qərarın qüvvədə saxlanılmasını bildirilmişdi. Hesab edir ki, Bakı şəhəri X10 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur, həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP ******* protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərarda (xx.xx.2024-cü il tarixli № Ə-86212 məktubla göndərilmişdir) iddia edilən qayda pozuntusu qanunvericiliyin tələbinə zidd olaraq, tərtib edilmişdir və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Təqsirsizlik prezumpsiyası prinsipləri”nə dair 8-ci maddəsində qeyd edilir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara dair 53.1.6-cı maddəsində qeyd edilir: bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara dair 53.1.11-ci maddəsində qeyd edilir: Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasına dair 122.1-ci maddəsinə əsasən: Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən, bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci, 38-ci, 53.1.6-cı, 53.1.11 -ci və 122.1-ci maddələrinin tələbləri konkret norma-prosedur müəyyən edici hüquqi aktın tərkib hissəsidir və bu səbəbdən qanunvericiliyin tələbi ilə imperativ xarakterlidir. Yəni qeyd edilən normalar üzrə tələb olunan prosesuallığa riayət edilməsi qanunun direktiv tələbidir. Qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən, göstərilən hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən: İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2ci maddəsinə əsasən: Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən: inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi, və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli əxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir (Maddə 128.2, 128.3). Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) -məhkəməsinə verilir. Prosessual məqamlardan başqa xx.xx.2024-cü il tarixində saat 07:43-də Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsində “üfqi nişanlama xəttlərinin tələblərinin pozulmasına görə” XM-nin 324.4-cü maddəsi ilə tətbiq edilmiş Protokolun qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyi aşağıdakı məqamlarla təsdiqlənə bilər. Beləki, Azərbaycan Respublikası tərəfindən xx.xx.2010-cu ildə ratifikasiya edilmiş “Yol nişanları və siqnalları haqqında” 1968-ci il X3 Maddə 6.1-in tələblərinə əməl edilməmiş və 1.19 xəbərbarlıq nişanı (qarşıda ikitərəfli hərəkətin olmasını göstərən) tələb olunduğu kimi sürücülər üçün asanlıqla çcaintülü yerdə quraşdırılmamışdır və bununla da ”X9” Azərbaycan Respublikası Qanunun “Yol hərəkəti sahəsində dövlət vəzifələri” (maddə 4), “Yolun nişanlanması” (maddə 69) və s.tələblərinə əməl olunmamışdır. Əsas pozuntu isə ondan ibarətdir ki, X9 qanunun tələblərinə əməl edilməmiş və qarşıda ikitərəfli hərəkətin olmasını xəbərdar edən 1.19-nişanından ən azı 50 metr sonra) mütləq “Birtərəfli yolun qurtaracağı” adlı 5.6 -məlumatverici yol nişanı qoyulmamışdır. Yəni 5.6 nişanı olmadan yolda ikitərəfli hərəkət yarana bilməz və yolun qarşı hərəkət istiqamətinə keçilməsi iddiası əsassızdır. Sadalananlardan da göründüyü kimi barəsində tərtib olunmuş, xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və həmin protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərar qanunsuzdur. Bu səbəbdən də qanunvericiliyin tələbi üzrə həmin qərar ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və həmin protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə göstərilən arqumentlər tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 26 aprel 2024-cü il tarixində saat 07:43-radələrində idarə etdiyi HYUNDAİ SANTAFE minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Ş.Ələkbərova küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsini həmin vaxt ərazidə piyada xidmət aparan YPX inspektoru polis baş serjantı Vüqar Abbasov tərəfindən aşkar edilmiş lakin saxlanılmasını təmin edə bilməmişdir. X9 Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Aparılan araşdırma zamanı minik avtomobilinin sürücüsü X5 26 aprel 2024-cü il tarixində saat 07:43-radələrində idarə etdiyi HYUNDAİ SANTAFE minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri Səbail rayonu Ş.Ələkbərova küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. X2 qərarla müəyyən edilmiş inzibati cəriməni ödəyərək qərarı icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən Bakı şəhər BP DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında X1 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “HYUNDAİ SANTAFE” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixində, saat 07:43-də İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhər BPİ DYPİ-nin rəisi polis polkovniki cənab Rəşid Piriyevə Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının inspektoru, polis baş serjantı Vüqar Abbasovun vasitəsi ilə məruzə edərək bildirir ki, 26 aprel 2024-cü il tarixdə təxminən saat 07:43 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsində piyada xidmət apararkən müəyyən etdi ki, “HYUNDAİ SANTAFE” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağına çıxaraq hərəkət etmişdir. Onun saxlanılması tərəfindən mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq yol hərəkəti qaydasını pozmuş nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verməyi xahiş etmişdir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə qərardaddan görünür ki, Vüqar Abbasov tərəfindən aşkar edilmiş inzibati xətalarla bağlı kifayət qədər vaxt tələb edən prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati araşdırma aparılması, Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunaraq barəsində törətdiyi xətaya uyğun inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan''inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-in 81.1 -ci maddəsinin şərtlərindən göründüyü kimi, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır; 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayətinə məhkəmə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinən şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Hazırki halda X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Belə olduğu halda, Bakı şəhər X10 İdarəsinin 29 may 2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan hazırki icraatda dəyişdirilməsi, ləğv edilməsi və ya xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. “X9” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-in 327.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməməli, Bakı şəhər X10 İdarəsinin 29 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar) dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi və ödənilən məbləğin geri qaytarılması ilə bağlı qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar