Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1651/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Fizuli İbrahimovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xanhəsən oğlunun iştirakları ilə, xx.xx.1974-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, subay, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuş, heç bir fərdi əməklə məşğul olmayan Şəxs Xanhəsən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən Şəxs Xanhəsən oğlu barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı, ******* saylı, 10 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs Xanhəsən oğlu xx.xx.2022-ci il tarixdə, saat 10:23 radələrində, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış, sorğu zamanı onun uzun illərdir narkotik maddələr qəbul etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Fizuli İbrahimov inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Xanhəsən oğlunun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xanhəsən oğlu törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Xanhəsən oğlunun Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Rspublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4383 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, vətəndaş Şəxs Xanhəsən oğlundan götürülmüş analiz zamanı sidiyində narkotik maddə aşkar eilmişdir. Beləliklə, Şəxs Xanhəsən oğlunun törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Muradov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta törətmiş Şəxs Xanhəsən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1651/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1651/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver