Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1652/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Novruz oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olan, AR vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Kür qəsəbəsi, Təbriz küçəsi, ev 18 qeydiyyatda olmaqla yaşayan Şəxs Novruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail RPİ-nin 41-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polisi İdarəsinin 41-ci X6 Rayon Məhkəməsinə Şəxs Novruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Novruz oğlu xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Şıxov qəsəbəsində vət. X4 məxsus “Redmi N8” markalı mobil telefonu və 50 manat pulu oğurlamışdır. Məhkəmə iclasında Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X3 protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Novruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Novruz oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o həmin əməli maddi ehtiyacı olduğundan törətmişdir və oğurladığı mobil telefonu tanımadıği bir şəxsə 100 manata satmışdır. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vət. X7 DİN-nin 102 XZM-yə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində yerləşən pulsuz çimərlikdə özünə məxsus içərisində “Redmi N9” markalı mobil telefon, 50 manat pul və geyim əşyalarının oğurlanmasını bildirmişdir. İnzibati xəta hadisəsini törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Novruz oğlu 09 oktyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Novruz oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi var. Qeyd olunan maddənin tələbini, inzibati işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Novruz oğluna Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Novruz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 09 oktyabr 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X5 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1652/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1652/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver