Məhkəmə qərarları › İş №3(009)-1653/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1653/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1653/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli 00100-01777/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində daxil olmuş 3-33- 1100/012/012541 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən “ORBİS AUTOMATİC" MMC-nin Ünvanına 77KP860/99ZD464 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********9220 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, daxil olmuş yüklər **********4021 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixdə, saat 18:19-da gömrük orqanına rəsmiləşdirilmək üçün göndərilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi’’ informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışlardan görünür ki, 99ZD646 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilsə də, qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qanuni təmsilçisi X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Gürcüstanda fəaliyyət göstərən "Wrestling LLC" şirkətindən idxal olunan sənaye reduktorunun ehtiyyat hissələri yükü **********9220 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Malın ümumi invoys dəyəri 18.947.50 avro təşkil edir. Qarşı tərəfdən göndərilmiş xx.xx.2024-cü il tarixli 0100***-******* nömrəli invoys sənədi əsasında malın ümumi invoys dəyəri 18947.50 avro qeyd edilməklə **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi tərtib edilərək xx.xx.2024-cü il tarixdə saat 18:19-da rəsmiləşdirmək üçün göndərilmişdir. İdxal etdiyim malın ümumi invoys dəyəri 18947.50 avro təşkil edir, lakin **********9220 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi Gürcüstanda fəaliyyət göstərən "Wrestling LLC” şirkətin tərəfdən yanlış göndərilmiş invoys sənədi əsasında ümumi invoys dəyəri 19147.50 avro qeyd edilərək tərtib edilmişdir. Mallar yanlış tərtib edilmiş invoys sənədi əsasında 19147.50 avro ilə rəsmiləşdirilmiş, bütün gömrük ödənişləri ödənilmişdir. Əlavə olaraq b ildirmək istəyirəm ki, malların ümumi çəkisi 345 kq təşkil edir. **********9220 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində qeyd olunan şəki fərqi Gürcüstanda fəaliyyət göstərən “Wrestling LLC” şirkəti tərəfindən göndərilən yanlış sənədlərə görə fərqli formada qeyd edilmişdir. Gürcüstanda fəaliyyət göstərən “Wrestling LLC" şirkətinə yaranmış uyğunsuzluqla bağlı müraciət olunub, sənədləri səhv tərtib edərək göndərmələrinə dair məktub elektron formada sistemə əlavə olunmuşdur. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Orxan Hacıyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində daxil olmuş 3-33- 1100/012/012541 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 77KP860/99ZD464 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********9220 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. İş üzrə X1 Sistemi informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********9220 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 77KP860/99ZD464 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 02:04 radələrində "Qırmızı Körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qeyd olunan yükə dair **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına rəsmiləşdirmək üçün xx.xx.2024-cü il tarixdə saat 18:19-da elektron formada göndərilmişdir. İş üzrə araşdırma zamanı, "xxxx" MMC tərəfindən təqdim edilən **********4021 sorğu nömrəli xx.xx.2024cü il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında 18947.50 Avro qeyd olunsa da, **********9220 sorğu nömrəli, xx.xx.2024- cü il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında malın ümumi invoys dəyəri 19147.50 Avro, **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında 18947.50 Avro qeyd edildiyi müəyyən edilmişdir. Bununla da **********9220 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 22-ci qrafası ilə **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranmışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı "xxxx" MMC-nin qanuni X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, AZ1021, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin qanuni təmsilçisidir. Şirkət fəaliyyəti sənayedə istifadə olunan avadanlıqların idxalı və satşından ibarətdir. "xxxx" MMC ilə "xxxx" MMC və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında şirkətin ünvanına daxil olan yüklərə dair gömrük bəyannaməsini, qısa idxal bəyannaməsini tərtib edirlər. İşin mahiyyəti üzrə bildirmişdir ki, Gürcüstanda fəaliyyət göstərən "Wrestling LLC" şirkətindən idxal olunan sənaye reduktorunun ehtiyyat hissələri yükü **********9220 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Malın ümumi invoys dəyəri 18.947.50 avro təşkil edir. Qarşı tərəfdən göndərilmiş xx.xx.2024-cü il tarixli 0100***-******* nömrəli invoys sənədi əsasında malın ümumi invoys dəyəri 18947.50 avro qeyd edilməklə **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi tərtib edilərək xx.xx.2024-cü il tarixdə saat 18.19-da rəsmiləşdirmək üçün göndərilmişdir. İdxal etdiyi malın ümumi invoys dəyəri 18947.50 avro təşkil edir, lakin **********9220 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi Gürcüstanda fəaliyyət göstərən "Wrestling LLC" şirkətin tərəfdən yanlış göndərilmiş invoys sənədi əsasında ümumi invoys dəyəri 19147.50 avro qeyd edilərək tərtib edilmişdir. Mallar yanlış tərtib edilmiş invoys sənədi əsasında 19147.50 avro ilə rəsmiləşdirilmiş, bütün gömrük ödənişləri ödənilmişdir. Əlavə olaraq bildirmişdir ki, malların ümumi çəkisi 345 kq təşkil edir. **********9220 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ile **********4021 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində qeyd olunan şəki fərqi Gürcüstanda fəaliyyət göstərən "Wrestling LLC" şirkəti tərəfindən göndərilən yanlış sənədlərə görə fərqli formada qeyd edilmişdir. Gürcüstanda fəaliyyət göstərən "Wrestling LLC" şirkətinə yaranmış uyğunsuzluqla bağlı müraciət olunub, sənədləri səhv tərtib edərək göndərmələrinə dair məktub elektron formada sistemə əlavə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, "xxxx" MMC (VÖEN **********) tərəfindən malın gömrük kodunun gömrük orqanına düzgün bəyan edilmədiyi üçün gömrük orqanına təhrif olunmuş məlumat verməsi həm iş materialları ilə, həmdə inzibati icraat zamanı izahatı alınmış hüquqi şəxsin nümayəndəsinin etirafı ilə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar