Məhkəmə qərarları › İş №3(009)-1654/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1654/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1654/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2064/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri Səbail rayonu, Salyan sossesi ünvanında qeydiyyatda olan “SCHLUMBERGER (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) OVERSEAS S.A.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ-nin ünvanına Türkmənistandan AKADEMİKHASANALİYEV adlı gəmi ilə idxal edilmiş mallara **********6209 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannamələri və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ-nin ünvanına Türkmənistandan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta bas vermişdir. Araşdırma zamanı "xxxx" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ-nin ünvanına Türkmənistandan idxal edilmiş malların daşındığı AKADEMİKHASANALİYEV adlı qəmi Azərbaycan Respublikasının gömrük ərazisinə 23 sentyabr 2022-ci il tarixdə saat 11:28-də Enerji Resusları və X3 Gömrük idarəsinin “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan daxil olduğu, lakin həmin qəmi ilə ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********0886 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə malların daşındığı gəminin gömrük ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2022-ci il saat 17:21də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar "xxxx" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 şirkətin ünvanına Türkmənistandan AKADEMİKHASANALİYEV adlı gəmi ilə idxal edilmiş yüklərə dair tərtib edilmiş **********0886 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi qəmi gömrük ərazisinə daxil olduqdan sonra rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyini və buna səbəb malların daşındığı gəminin Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olması barədə şirkətə gec, məlumat verilməsidir. Gömrük qaydalarının pozulduğunu bildiklərini, gələcəkdə belə halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına AKADEMİK HASANALİYEV adlı gəmi ilə gələn və **********6209 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair qısa idxal bəyannaməsi təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, "xxxx" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ-nin ünvanına Türkmənistandan idxal edilmiş malların daşındığı AKADEMİK HASANALİYEV adlı gəmi Azərbaycan Respublikasının gömrük ərazisinə 23 sentyabr 2022-ci il tarixdə saat 11:28-də Enerji Resusları və X3 Gömrük idarəsinin “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan daxil olduqdan sonra sərhəd gömrük orqanına göndərildiyindən, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar