Məhkəmə qərarları › İş №3(009)-1655/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1655/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1655/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 nümayəndəsi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinin 06 oktyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsində çalışan X6 xx.xx.2022-ci il tarixində Cəmiyyətə məxsus “Q1” saylı marşrut xətti üzrə xidmətdə olan zaman 11:45 radələrində son dayancaqda xidməti vəzifəsini başa vurub, avtobusdan düşüb, şəxsi işi ilə məşğul olan zaman ayağı səkiyə ilişərək yıxılmış, nəticədə sağ əlin 5-ci barmağından xəsarət almışdır. Hadisədən sonra sürücü, 3 saylı Kliniki xəstəxanaya getmişdir. Xəstəxanadan DƏMX-nin Bakı şəhər idarəsinə verilən məlumat əsasında, qeyd edilən idarə əmək qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, xx.xx.2022-ci il tarixli MN1497805 nömrəli Protokol tərtib edərək xx.xx.2022-ci il tarixində Cəmiyyətin Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən X7 barəsində MN ******* saylı Qərar çıxararaq AR İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tənbeh növü kimi 1000 (min) AZN cərimə etmişdir. Tərtib edilmiş İnzibati tənbeh vermə haqqında Qərar tamamilə qanunsuzdur. Belə ki, X6, Marşrut xətlərinin idarəedilməsi şöbəsində sürücü vəzifəsində çalışır və Cəmiyyətə aid “Q1” saylı marşrut xəttində olan avtobusu idarə edir. Qeyd edilən marşrut xətti müntəzəm olaraq Koroğlu mübadilə mərkəzindən Qala qəsəbəsinə və geriyə təyin olunmuş marşrut üzrə hərəkət edir. Sürücü həmin gün səhər təlimatlandırılaraq saat 07:23 -də "xxxx" MMC-nin inzibati ərazsini tərk edib. Sürücünün əmək müqaviləsinə əsasən vəzifəsi, ona təhvil verilmiş avtobusu təyin olunmuş istiqamət üzrə idarə edib, sərnişinlərin təhlükəsiz şəkildə daşınmasını icra etməkdən ibarətdir. Sürücü, X6 xx.xx.2022-ci il tarixində Q1” saylı marşrut xətti üzrə 1-ci növbədə olduğu zaman əməyin təhlükəsizliyi və yol təhlükəsizliyi ilə bağlı təlimata qol çəkmişdir və məlumatlandırılmışdır. Hadisə "xxxx" MMC-yə aid inzibati istehsalat ərazisində yox, Xəzər rayonunda yerləşən, Qala qəsəbəsində olub, Sürücünün DƏMX-nin Bakı şəhər idarəsində verdiyi izahatda tam olaraq açıq görsənir ki, saat 11:45 radələrində Qala qəsəbəsində xidmətdən kənar olan zaman ayağı səkiyə ilişərək yıxılır. Yıxılan zaman əlində küt ağrılar hiss edir. Nəticədə digər sürücülərin köməkliyi ilə Koroğlu dayanacağına qədər gəlib, ordan Təcili tibbi yardım avtomobili ilə 3 saylı Kliniki xəstəxanaya aparılmışdır. Hadisənin baş verməsi barədə "xxxx" MMC-yə dərhal məlumat verilməmişdir. Möhtərəm hakim, yuxarıda da qeyd etdiyimiz kimi hadisə "xxxx" MMC-nin inzibati ərazisində baş verməmişdir və hadisənin baş verməsindən xəbərsiz olmuşlar. Təqsirin özündə olduğunu, hadisənin yol-nəqliyyat hadisəsi nəticəsində baş vermədiyini əsas gətirərək məlumat verməyib. Kilometrlərlə uzaq ərazidə baş verən hadisələrdən həmən dəqiqə xəbərdar olmaq qeyri mümkündür. xx.xx.2022-ci il tarixində "xxxx" MMC tərəfindən DƏMX-nin Bakı şəhər İdarəsinə hadisə barəsində məlumat verilməli idi. Cəmiyyətin əməlində inzibati xəta tərkibi o zaman yaranır ki, xx.xx.2022-ci il tarixdə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə “əlumat məlumat verilməsin. İnzibati qanunvericiliyə görə icra orqanı xx.xx.2022-ci il tarixindən 3 ay müddətinə qədər inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Yəni inzibati məsuliyyətə cəlb edilmənin son günü xx.xx.2022-ci ildir. Lakin DƏMX-nin Bakı şəhər İdarəsi, inzibati məuliyyətə cəlb etmə müddətini ötürərək xx.xx.2022-ci il tarixində İnzibati tənbeh vermə haqqında MN ******* saylı Qərar çıxardır. DƏMX-nin Bakı şəhər idarəsi inzbati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozub. Çünki, DƏMX-nin Bakı şəhər idarəsi inzibati tənbeh vermənin son müddətini ötürmüş, 3 aydan sonra inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır, bu isə qanunvericiliyə ziddir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı və 128,136-cı maddələrini rəhbər tutaraq, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinin 06 oktyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X4 nümayəndəsi X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin sürücüsü X6 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat işəgötürən tərəfindən DƏMX-ə hadisə baş verən gün deyil xx.xx.2022-ci il tarixdə verilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1000 manat məbləğində cərimə edilmişdir. DƏMX istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olan 04 iyul 2022-ci il tarixli məlumatda qeyd edilmişdir ki, sürücü X6 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 12:13-də çağırış daxil olmuş, sağ əlin 4-cü barmağının sınmış əzilmiş yarası diaqnozu ilə 3 saylı xəstəxanaya yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. Belə olan halda həmin tarixdən inzibati tənbeh vermə haqqında 06 oktyabr 2022-ci il tarixdə qərar qəbul edilənədək 3 (üç) aydan çox müddət keçmişdir və X10 Xidmətində toplanmış materiallarda müddətin uzadılması ilə əlaqədar əsaslandırılmış qərardad aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci məddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X7 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X7 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar