Məhkəmə qərarları › İş №3(009)-1660/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1660/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1660/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Sabuhi Mahir oğlunun katibliyi, X5 Ənvər oğlunun iştirakı ilə, Səbail Rayon Polis İdarəsi 39-cu PB-nin MN ******* saylı 27 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Ənvər oğlu şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Polis İdarəsi 39-cu PB-nin MN ******* saylı 27 aprel 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 27 aprel 2020 tarixində səhər saat 18:25 radələrində Zərifə Əliyeva küçəsinin BülBül prospekti ilı kəsişməsində Rəsulov Tahir adlı sahə inspektoru ona protokol yazıb. O, Daxili İşlər Nazirliyinə şikayət etdiktən sonra Səbail rayon polis idarəsindəki icraçıya müştəri xidmətlərindən sms icazəsinin olduğu barədə arayış verdi. İcraçı da cəriməni siləcəyini deyib silməyib. Rəsmi cavab da göndərmiyiblər. Ona sonuncu dəfə polis idarəsindəkilər dedi məhkəmə qərarı gətirəndən sonra silinəcək cərimə. Onu barəsində tərtib olunan 27.04.2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsinə xahiş etdi. Məhkəmə iclasında X5 Ənvər oğlu şikayət ərizəsini müdafiə edərək, barəsində tərtib olunan 27.04.2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsinə xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsi 39-cu PB-nin MN ******* saylı 27 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 27 aprel 2020 tarixində saat 18:25 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozmuş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakcell MMC-yə məxsus izahlı qaimədən görünür ki, 27 aprel 2020-ci il tarixdə X3 27.04.2020-ci il tarixdə sms icazəsi olmuşdur. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, X4 xüsusi karantin rejimi müddətində sms icazə ilə hərəkət etdiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki bu hal onun inzibati məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 oğlu Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X6 oğlu verdiyi şikayət təmin edilməli və Səbail Rayon Polis İdarəsi 39-cu PB-nin MN ******* saylı 27 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,76,84, 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qəbul edilmiş Səbail Rayon Polis İdarəsi 39-cu PB-nin MN ******* saylı 27 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsi 39-cu PB-nin MN ******* saylı 27 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 oğlu barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar