Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1660/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun, Zərərçəkmiş şəxs S.E.Nurəhmədovun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və vəkili X3 iştirakları ilə xx.xx.1969-cu ildə Ağdam rayonu Çullu kəndində anadan olmuş, ailəli,işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo0392367 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Səbail rayon məhkəməsinin 2(009)-1065/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0,01975 ha torpaq sahəsindəki hasar onun tərəfindən sökülməli, giriş qapısı əvvəlki vəziyyətə qaytarılmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək maddi vəziyyətinin zəif olması ilə bağlı icra sənədinin təmin edilməsi üçün bir ay müddətində vaxt istəmiş və oktyabr ayının 1-də icra sənədi üzrə tələbi könüllü şəkildə öz hesabına təmin edəcəyini bildirmişdir. Lakin qeyd olunan vaxta borcu icra sənədi üzrə tələbi təmin etməmişdir. Bu səbəbdən icra sənədinin təmin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixinə məcburi icra tədbirlərinin keçirilməsi üçün məcburi icra təyin edilmiş, lakin borclu Şəxs bu hərəkətlərin keçirilməsinə mane olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək göstərmişdir ki, artıq uzun müddətdir icra sənədi icraatdadır, icra sənədi üzrə Şəxs inşa etdiyi hasar sökülməlidir. İcra ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq borclu vaxt istəmiş, lakin qeyd olunan vaxta məhkəmə qətnaməsi ircra olunmamışdır, icra hərəkətlərinə maneçilik törətmişdir. Bu səbəbdən onun barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, məhkəmənin icraatında ziyanın tutulması barədə qaldırdığı iddia üzrə iş olduğundan və həmin sahəyə ekspert baxışı keçirilərək rəy verilməsinə zərurət olduğundan məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X5 göstərmişdir ki, məhkəmə qətnaməsinin Şəxs tərəfindən qərəzli surətdə icrasına maneçilik törədilməmişdir. Belə ki, Şəxs mübahisəli sahəyə çəkdiyi xərclə bağlı iddia qaldırmışdır, həmin iş üzrə ziyan məbləğinin müəyyənləşdirilməsi zəruridir, bu hal ekspertiza yolu ilə müəyyən edilə bilər. İcraatın dayandırılması ilə əlaqədar məhkəməyə və icra şöbəsinə müraciət etsə də, təqdimat verilməmiş, məhkəmə isə məktubla icraatın dayandırılmasında imtina etmişdir. Hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X2 öz ifadəsində göstərmişdir ki, məhkəmə qətnamə üzrə inşa olunan hasar Şəxs tərəfindən sökülməlidir. Şəxs hasarın sökülməsinə görə müəyyən vaxt istəmiş, vaxt keçsə də, qətnamə bu günə qədər icra olunmamışdır. İş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində həbslə əlaqədar olmayan cəza verilməklə cəzalandırılmalıdır. Məhkəmə Şəxs ziyanla bağlı məhkəmə icraatında iş olma əsası ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etməməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə qətnaməsinin icrasına yalnız ona möhlət verilməklə təxirə salına bilər, eyni zamanda şəxs özü ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı bu müddət ərzində müstəqil ekspertin rəyini əldə edə bilərdi. AR Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün, icra etməməyinin səbəbi kimi gətirdiyi dəlillər əsassız olduğundan, onun əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini və yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyəti, inzibati işin hallarını, inzibati xətanın xarakterini və onun maddi vəziyyəti nəzərə alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1660/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1660/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver