Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1662/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində X8 nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş 11 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 11 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019-002 saylı, 15.10.2019- cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1662/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan narazı qalan Səbail rayon İcra şöbəsinin icra məmuru X11 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1662/2021 saylı, 02.09.2021ci il tarixli qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2021 saylı, 29.06.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 1662/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən icra edilməmişdir. Zərərçəkmiş şəxs (tələbkar) X4 2000 manat ödənilsə də, işə bərpa olunmamışdır. Buna görə də, icra sənədi tam icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 nümayəndəsi X5 protokola etiraz edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənli tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 barəsində inzibti xəta haqqında protokol tərtib edilən zaman qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki halları nəzərə alınmamış, inzibati xətanın tərkibi olmadan ehtimallar əsasında protokol tərtib edilmişdir. Protokol aşağıda qeyd edilən faktiki hallara əsasən qanunsuz və əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Mərkəz tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli 2(102)-1396/2020 saylı iş üzrə qəbul edilmiş qərarından 29 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti və 30 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət ərizələri göndərilmişdir. Buna görə də 30 iyul 2020-ci il tarixdə Mərkəz tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11331/2019-002 saylı 15 oktyabr 2019-cu il tarixli icra sənədini icraatına qəbul etmiş böyük icra məmuru X9 Məhkəməsinin qərarı qəbul olunanadək icraatın dayandırılması barədə məktub göndərilmişdir. Mərkəz tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmiş şikayətə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 23 noyabr 2020-ci il tarixli qərardadı 03 dekabr 2020-ci il tarixdə Mərkəzə daxil olmuşdur. 2020-ci ilin mart ayından bu günə qədər Respublikamızın ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi üçün dövlət büdcəsinə daxil olan vəsaitlər azaldığına görə Mərkəzin strukturunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş “Mərkəzin yeni strukturunun təsdiq edilməsi haqqında” 132 saylı əmrə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün digər bir neçə ştatlarla birlikdə baş mühasib ştatı da ləğv edilmişdir. Bu barədə Mərkəz tərəfindən 13 yanvar 2021-ci il tarixdə böyük icra məmuru Səbuhi Əhmədova məktub göndərilmişdir. Göründüyü kimi Mərkəzin strukturunda 06 oktyabr 2020-ci il tarixdə Nazirlik tərəfindən verilmiş 132 saylı əmrə əsasən baş mühasib vəzifəsi ləğv edildiyi üçün icra sənədinin Mərkəzdən asılı olmayan səbəblərdən bu xüsusatda icrası mümkün olmamışdır. İcra sənədinin digər xüsusatda icrası ilə əlaqədar olaraq Mərkəz tərəfindən X4 mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin hansı hesaba ödəniləcəyi barədə İcra şöbəsinə 04 fevral 2021-ci il tarixdə göndərilmiş məktuba görə İcra şöbəsi tərəfindən 20 aprel 2021-ci il tarixdə Mərkəzə göndərilmiş məktuba bu barədə məlumat əlavə edilmişdir. Buna görə də 22 aprel 2021-ci il tarixdə Mərkəz tərəfindən həmin hesaba 2000 (iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Göründüyü kimi Mərkəz tərəfindən daim qanunvericiliyin tələblərinə əməl edilmiş, “İcra haqqında” qanunun tələbləri pozulmamışdır. Belə ki, icra vərəqəsində Məzahir Qurbanovun baş mühasib vəzifəsinə bərpa edilməsi, Mərkəz tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq M. Qurbanovun baş mühasib vəzifəsinə bərpa edildiyi tarixədək iş buraxma üçün əmək haqqı hesablanaraq ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin ödənilməsi qeyd edilmişdir. İcra vərəqəsində göstərilən baş mühasib vəzifəsi 06 oktyabr 2020-ci il tarixdə Nazirliyin əmri ilə ləğv edilmiş, 2000 (iki min) manat məbləğində pul vəsaiti isə İcra şöbəsindən hansı hesaba ödəniləcəyi barədə məlumat gələn kimi, yəni 22 aprel 2021-ci il tarixdə Mərkəz tərəfindən M.Qurbanova ödənilmiş, ödəniş tapşırığının surəti İcra şöbəsinə göndərilmişdir. Mərkəz tərəfindən icra sənədinin icrasının mümkün olan hissəsi vaxtında icra edilmişdir. İcra şöbəsi tərəfindən Mərkəzə göndərilən məktubda istinad edilən Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinin və 301-ci maddəsinin dispozisiyasını təsvir edərkən icra vərəqəsində qeyd edilən M.Qurbanovun əvvəlki vəzifəsinə, yəni baş mühasib vəzifəsinə bərpası və ya razılığı ilə başqa vəzifəyə bərpa olunması başa düşülür. Yuxarıda faktiki hallar əsasında qeyd edildiyi kimi Mərkəzdə icra vərəqəsində göstərilən baş mühasib vəzifəsi yoxdur, mühasib ştatı var ki, həmin vəzifədə 2007-ci ildən müddətsiz əmək müqaviləsinə əsasən X12 işləyir. Mərkəzdə fasiləsiz olaraq 14 il müddət ərzində işləyən G. Hüseynovanın əmək qanunvericiliyinin tələblərinə əsasən işdən çıxarılması mümkün deyil, əks halda bu G. Hüseynovanın Konstitusiyasında və Əmək Məcəlləsində təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar. Bu qanuna zidd hərəkətlər yeni məhkəmə çəkişmələrini yaradar. Bundan başqa G.Hüseynova M. Qurbanovun yerinə götürülməmiş, 2007-ci il tarixdən Mərkəzdə eyni vəzifədə, yəni mühasib vəzifəsində işləyir. G. Hüseynovanın əməllərində Əmək Məcəlləsinin 71-ci maddəsinin dispozisiyasında qeyd edilən hərəkətlər yoxdur. Belə ki, G. Hüseynova əmək funksiyasını, vəzifə borcunu layiqincə yerinə yetirir. Mərkəzdə M. Qurbanovun ixtisasına uyğun gələn başqa heç bir ştat vahidi yoxdur. Mərkəz aqrar sahədə elmi-tədqiqat işlərini yerinə yetirən bir qurumdur. Buna görə də, Mərkəzdə M. Qurbanovun ixtisasına və əmək stajına uyğun gələn heç bir ştat vahidi yoxdur. “İcra haqqında” qanunun 70.4- cü maddəsinin tələblərinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edir. Qeyd edildiyi kimi Mərkəz tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmiş, mənəvi zərərin əvəzi olaraq Məzahir Qurbanova 2000 (iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Əgər ştat vahidi ləğv edilmişdirsə, M. Qurbanovun ixtisasına uyğun olan heç bir ştat vahidi yoxdursa, Mərkəz icra məmurunun tələblərini necə icra edə bilər? İcra məmurunun bu xüsusatda tələbləri qanunsuzdur. Mərkəz tərəfindən qanunla qorunan hüquqazidd olan, təqsirli sayılan heç bir əməl törədilməmişdir. Analoji olaraq eyni hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Həmin İnstitutda ştat vahidi Nazirlik tərəfindən struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edildiyi üçün icra sənədinin icrası mümkün olmamışdır. Buna görə də Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra vərəqəsinin icrası mümkün olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İcra şöbəsi tərəfindən göndərilmiş və 3 avqust 2021-ci il tarixində Mərkəzə daxil olmuş 30 iyul 2021-ci il tarixli 73206/2020-16-24/5999 saylı məktuba əlavə edilmiş Mərkəz barəsində tərtib edilmiş protokola Mərkəz tərəfindən yazılı sübutlar əsasında İcra şöbəsinə 6 avqust 2021 - ci il tarixində ATM-01-172 saylı etiraz göndərilmişdir. Məhkəmədən göstərilən halların nəzərə alınmasını və icra şöbəsi tərəfindən inzibati xətanın tərkibi olmamasına baxmayaraq ehtimallar əsasında protokol tərtib edildiyi üçün inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində X14 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-l 1331/2019- 002 saylı, 15.10.2019- cu il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmri ləğv edilməli və iddiaçı X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X10 baş mühasib vəzifəsinə bərpa edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X6 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarından olan 22.04.2021-ci il tarixli 161 saylı ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən 2000 manat məbləğində pul vəsaiti X4 ödənilmişdir. İş materiallarından olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 06 oktyabr 2020-ci il tarixli 132 saylı əmrinə əsasən "X14" publik hüquqi şəxsin strukturu təsdiq edilmiş, Maliyyə və mühasibat uçotu şöbəsi "X14" publik hüquqi şəxsin yeni strukturuna uyğun olaraq ştat cədvəlini təsdiq edilməsi üçün təqdim edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1331/2019-002 saylı, 15.10.2019- cu il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmri ləğv edilməli və iddiaçı X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X10 baş mühasib vəzifəsinə bərpa edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X6 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi 11.06.2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 06.10.2020-ci il tarixdə verilmiş “Mərkəzin yeni sturukturunun təsdiq edilməsi haqqında” 132 saylı əmrinə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün bir neçə ştatla birlikdə baş mühasib ştatı ləğv edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırki protokol X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X10 baş mühasib vəzifəsinə bərpa edilməməsi ilə bağlı tərtib olunmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 06.10.2020-ci il tarixdə verilmiş “Mərkəzin yeni sturukturunun təsdiq edilməsi haqqında” 132 saylı əmrinə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün bir neçə ştatla birlikdə baş mühasib ştatı ləğv edildiyindən X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X10 baş mühasib vəzifəsinə bərpa edilməsi mümkün olmamışdır. Yəni, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 publik hüquqi şəxsin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil.. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 publik hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi halı mövcud olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmçinin qeyd edilməlidir ki, X14 icra sənədində göstərilən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tələbkar Qurbanov Məzahir Ələkbər oğluna ödənilməsi tələbini vaxtında icra etmişdir. Digər tələbin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1662/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1662/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver