Məhkəmə qərarları › İş №3(009)-1665/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1665/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1665/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə rəisi, polis mayoru Allahverdi Cəfərovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, azərbaycanlı, subay, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 12:40 radələrində Səbail rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında ictimai qaydanı pozaraq ucadan rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsininin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə rəisi, polis mayoru Allahverdi Cəfərov bildirdi ki, vətəndaş Şəxs, xx.xx.2020-ci il tarixdə, saat 12:40 radələrində, Səbail rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında ictimai qaydanı pozaraq ucadan rəhbərliyin ünvanına nəlayiq ifadələr işlətmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki,Türkiyədən gəlmişdi, çəxsiyyət vəsiqəsini itirmişdi, yeni şəxsiyyət vəsiqəsi almaq üçün Asan Xidmətə müraciət etsə d,ə bir neçə gün onu get-gələ salmışlar, onlara şikayət edəcəyini bildirdikdə, onu Prezident Aparatına göndərmişlər. Prezident Aparatına getmiş, lakin orada onu polis işçiləri qəbul şöbəsinə buraxmayaraq, onu təhqir etmişlər. O özü heç kimi təhqir etməmiş, ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək həmin şəxs barəsində inzibati tənbeh tətdiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin 9-cu polis bölməsinin polis nəfəri, polis serjantı X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 12:40 radələrində, Səbail rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında bir nəfər şəxs səsküy salaraq uca səslə rəhbərliyin adına nalayiq sözlər işlətmişdir, onlar onu Polis Bölməsinə dəvət etmiş, Polis Bölməsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin 9-cu polis bölməsinin polis nəfəri, polis serjantı X5 şahid qismində dindirilən Səbail RPİ-nin 9-cu polis bölməsinin polis nəfəri, polis serjantı X1 ifadəsində göstərilənləri təsdiq etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsüf olunmaqla o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi var və onun 510-cu maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128‑130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilsin. Bakı şəhəri, 3 saylı vəkil bürosunun vəkili X6 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 30 (otuz) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabınakeçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar