Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1665/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 iyul 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 24500.00 ABŞ dolları məbləğində vəsaiti 23 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 24500.00 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC –yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC –nin nümayəndəsi məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 24 iyun 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən “KİRNS CHEMİCAL LTD” şirkətinə 24500.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, OX2 №-li ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən “KİRNS CHEMİCAL LTD” şirkətinə 24500.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin etirazından görünür ki, Şəxs MMC ilə “KİRNS CHEMİCAL LTD” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən, Şəxs MMC tərəfindən 23 iyun 2022-ci il tarixdə 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti xaricə köçürülmüşdür. Mərkəzi Bank tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti hesabına alınan malların 2 il keçməsinə baxmayaraq ölkəyə idxal edilməməsi və ya valyuta vəsaitinin geri qaytarılmaması əsası ilə iş məhkəməyə verilmişdir. Bildiririk ki, 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti hesabına alınan mallar xx.xx.2022-ci il tarixli **********938 nömrəli gömrük bəyannaməsinə uyğun olaraq ölkəyə idxal edilmişdir. Kapitalbankın xx.xx.2024-cü il tarixli 12480 nömrəli məktubu ilə bildirilmişdir ki, 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti xx.xx.2022-ci il tarixli **********938 nömrəli gömrük bəyannaməsinə əsasən tam olaraq bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması na görə məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, köçürülən ödəniş xx.xx.2022-ci il tarixli **********938 nömrəli gömrük bəyannaməsinə uyğun olaraq bağlanıldığı üçün protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, Şəxs MMC ilə “KİRNS CHEMİCAL LTD” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən, Şəxs MMC tərəfindən 23 iyun 2022-ci il tarixdə 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti xaricə köçürülmüşdür. Mərkəzi Bank tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti hesabına alınan malların 2 il keçməsinə baxmayaraq ölkəyə idxal edilməməsi və ya valyuta vəsaitinin geri qaytarılmaması əsası ilə iş məhkəməyə verilmişdir. 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti hesabına alınan mallar xx.xx.2022-ci il tarixli **********3938 nömrəli gömrük bəyannaməsinə uyğun olaraq ölkəyə idxal edilmişdir. Kapital bankın xx.xx.2024-cü il tarixli 12480 nömrəli məktubu ilə bildirilmişdir ki, 24 500 (iyirmi dörd min beş yüz) ABŞ dolları pul vəsaiti xx.xx.2022-ci il tarixli **********3938 nömrəli gömrük bəyannaməsinə əsasən tam olaraq bağlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 01 avqust 2024-cü il tarixli məktubundan görünür ki, 23 iyun 2022-ci il tarixdə xaricə köçürülmüş 24500.00 ABŞ dolları məbləğində vəsait xx.xx.2024-cü ildə banka təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 24500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 23 iyun 2022-ci il il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 24500.00 ABŞ dolları dəyərində xidmətlər 24 aprel 2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə xidmətlər göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində xidmətlər göstərildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1665/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1665/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver