Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1666/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizəsi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Səbail rayonu, Salyan şossesi (Bibi Heybət məscidinin yaxınlığı) Şəxs İB tərəfindən müvafiq icazə almadan avtomobil yolunda qz xətti çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəxs İBnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İBnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şəxs İB tərəfindən müvafiq icazə almadan kommunikasiya xətti (qaz xətti) çəkmək məqsədi ilə avtomobil yolunun hərəkət hissəsinin asfalt beton örtüyü qazılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də Şəxs İB tərəfindən müvafiq icazə almadan kommunikasiya xətti (qaz xətti) çəkmək məqsədi ilə avtomobil yolunun hərəkət hissəsinin asfalt beton örtüyü qazılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə-fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci bəndinə əsasən avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir. Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir. Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin) və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativ-texniki şərtlər və layihə-smeta sənədləri əsasında həyata keçirilə bilər. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır.Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar. Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs İB-nin əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci “maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12, 40, 43, 75, 84, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1666/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1666/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver