Məhkəmə qərarları › İş №3(009)-167/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-167/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-167/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 yanvar 2025-ci il tarixli, 00100-00103/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. İnzibati xətta haqqında protokola əsasən Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/013/020369 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən fiziki şəxs Şəxs adına Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına 0460AM dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daxil olan yüklərin düzgün bəyan edilməməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında “İpək Yolu" G/P-na daxil olan və BBGİ-də **********1814 sorğu nömrəli G/B ilə bəyan edilən yükə tərəfimizdən baxış keçirilmiş gb-nin 1 ci mal mövqeyində istifadə olunmuş saatlar 13 ədəd bəyan olunduğu halda 15 ədəd olduğu, gb-nin 4 cü mal mövqeyində istifadə olunmuş foto üçün çərçivələr 15 ədəd bəyan olunduğu halda 17 ədəd olduğu, vazalar 2 ədəd bəyan olunduğu halda 7 ədəd olduğu, suvenir fiqurlar 25 ədəd bəyan olunduğu halda 96 ədəd olduğu, gb-nin 6 cı mal mövqeyində istifadə olunmuş çılçıraqlar 2 ədəd yazıldığı halda ədəd 6 ədəd olduğu aşkar edilmişdir. Həmçinin qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan olunmayan 2 ədəd yəhər (istifadə olunmuş), 2 ədəd samovar (istifadə olunmuş), 2 ədəd avtomobil maqnitofonu (istifadə olunmuş), 16 ədəd gecə işıq lampası (istifadə olunmuş), 26 ədəd keramik boşqab (istifadə olunmuş), 6 ədəd boyun bağı, 1 ədəd bilərzik, 7 ədəd üzük, 2 ədəd yaxalıq (istifadə olunmuş), 1 ədəd boyun bağı klonu (istifadə olunmuş), 1 ədəd durolane yazılı dərman vasitəsi (yeni), 14 ədəd bitki çayı (yeni), 3 ədəd qara zirə yağı (yeni), qida əlavəsi 5 ədəd (yeni), aloe vera gel 2 ədəd (yeni), D-Colerol FORT 1 ədəd (yeni) tərəfimizdən aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs qeydiyyatda olduğu ünvan Gəncə şəhəri, Atatürk prospekti 253, ev 5A, mənzil 13-dür. Nəzərə alsaq ki, Şəxs qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyatda olduğu ünvanda müvafiq tədbir görməyərək, 2 ədəd yəhər (istifadə olunmuş), 2 ədəd samovar (istifadə olunmuş), 2 ədəd avtomobil maqnitofonu (istifadə olunmuş), 16 ədəd gecə işıq lampası (istifadə olunmuş), 26 ədəd keramik boşqab (istifadə olunmuş), 6 ədəd boyun bağı, 1 ədəd bilərzik, 7 ədəd üzük, 2 ədəd yaxalıq (istifadə olunmuş), 1 ədəd boyun bağı klonu (istifadə olunmuş), 1 ədəd durolane yazılı dərman vasitəsi (yeni), 14 ədəd bitki çayı (yeni), 3 ədəd qara zirə yağı (yeni), qida əlavəsi 5 ədəd (yeni), aloe vera gel 2 ədəd (yeni), D-Colerol FORT 1 ədəd (yeni) bəyan etməməklə hərəkətsizliyə yol vermiş, belə olan halda, inzibati xəta hadisəsi Şəxs ünvanında baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs qeydiyyatda olduğu ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, 00100-00103/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar