Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1671/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2, Qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 avqust 2023-ci il tarixində Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Səbail rayon İcra şöbəsi tərəfindən telefonuma sms gəlmiş və Sms-ə əsasən icra məmuru Səbuhi Əhmədov mənə xx.xx.2023-ci il tarixli 190449/2023.16-12-004 saylı bildirişi təqdim etmişdir. Bildirişə əsasən Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyim tələb olunur. Bildirşi aldıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə mənə məlum olmuşdur ki, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin “İnzibati tənbeh vermə” haqqında MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manaqt məbləğində cərimə olunmuşam. Həmin gün mən bilimişəm ki, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin “İnzibati tənbeh vermə” haqqında MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 253.3.1-ci maddəsi ilə ona görə təqsirli bilinmişəm ki, “mən Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında abadlaşdırma işləri ilə əlaqədar 4 (dörd) ədəd palma ağacını qanunsuz götürərək məhv etmişəm”. Yenə İcra məmurunun ona təqdim etdiyi 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ç-İP/2623-171 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan məlum olmuşdur ki, yuxarıda qeyd olunan qərarı 2 ay ərizində könüllü olaraq icra etmədiyimə görə mənə İXM-nin 150.1.3-cü maddəsinə əsasən 3000 manat dəbbə pulu hesablanmış və 5000 manat cərimə və ona hesablanmış 3000 manat dəbbə pulunun, cəmçi 8000 manatın məcburi icrasının təmin üçün sənədlər Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Aşağıda qeyd olunanlara görə hesab edirəm ki, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin “İnzibati tənbeh vermə” haqqında MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə onun İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manaqt məbləğində cərimə olunmağım qanunsuz və əsassız olmuşdur və ona görə də qərar ləğv olunaraq barəmdə başlanılmış inzibnati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 1 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati tənbeh vermə haqqında yuxarıda qeyd olunan qərarından onun məlumatım olmamış, qərar ona rəsmi qaydada təqdim olunmamış və bununla onun həmin qərardan şikayət vermək hüququ pozulmuşdur. Yuxarıda qeyd etdiyi kimi İcra Şöbəsinin xx.xx.2023-ci il tarixli 190449/2023.16-12-004 saylı bildiriş ona təqdim olunana qədər onun həmin qərardan heç bir məlumatı olmamışdır. xx.xx.2023-cü il MN ******* saylı protokol barədə isə ona telefonla bildirilmiş və poçt vasitəsi ilə xx.xx.2023-cü ildə almışdır. Qanun normalarının məzmunundan göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində şikayətin verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətinin verilmə müddətinin keçməsi ilə, qərar qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Yuxarıda qeyd olunanlardan isə görünür ki, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin “İnzibati tənbeh vermə” haqqında MN seriyalı ******* №-li, xx.xx.2023cü il tarixli qərarı mənə rəsmi qaydada təqdim olunmamışdır, qərarın mövcud olması mənə xx.xx.2023-cü ildə məlum olmuşdur və ona görə də mən şikayət verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürməmişəm və buraxılmış müddətin bərpası üçün vəsatətlə müraciət olunmasına dair qanun normaları ona şamil edilməməlidir. İşin faktiki, halları ilə bağlı onu bildirir ki, qəbul olunmuş barəmdə inzibati tənbeh vermə qərarının mənə heç bir aidiyyəti yoxdur. Özüm inzibati xəta törətməmişəm. Bəhs edilən palma ağacı mənim ərazimdə olmayıb. Onların iddia etdiyi hec bir yerdə adını tapa bilmədiyim iynə yarpaqlı iynəsi çox zəhərli bir vəhşi növüdür. O haradansa torpaqla gəlmiş, orada özü bitmişdir. Bir müddət 1990-ci illərdə palma adi ilə camaat əkirdi. Sonradan əsil palma ağacları çıxandan sonra bunlardan vaz keçildi. Çox qəliz bitki növü olduğundan məhv etmək belə çox çətindir. Hətta betonun altından bele deşib çıxır. Hal - hazırda onların yerində vaxtaşırı məhv etdikdən sonra belə yenidən kol şəkilində inkişaf etmişdi. Daha deqiq desek youtube ve googleda adı “Tikanlı bitki “ kimi tanınır. Yaxınlıqda uşaq baxçası var. Valideynlərin haqlı narazılığından sonra vaxtaşırı məhv edirik , amma yenidən cücərir. Çünki uşaqlara ciddi ziyan vurur. Onların iddia etdiyi ərazi sərəncama əsasən mənim ərazimə daxildir. Səbail RİH-nin xx.xx.1995-ci il tarixli sərəcamına əsasən ona 600 m2 torpaq sahəsi xx.xx.2003-cü il yerləşmə cizgisinə əsasən onların iddia etdiyi palmaya oxşamayan ağac onun ərazisinə daxildir. Yollar genişlənəndən sonra evi - obyek kimi işlədəndə qarşı tərəfin fiqurlarını açdırmışdır. Qabaq tərəfi də yan tərəf kimi fiqurlarla bağlanmışdı. ona məxsus olan ərazidə 21 ədəd ağac 30-a yaxın gül kolları var. Bunları o, şəxsən özü əkib becərir, suyunu dövlətin tərtib etdiyi qiymətə əsasən o ödəyir. Becərir lazım olanda budayır, kübrə verir. Havaların isti keçməsinə görə hər gün şəkildə gördüyünüz ağac və kolları sulayır ki, yanmasınlar. Şəkildən görsəndiyi kimi təmirdən əvvəl onların “palma” dediyi kol açıq görsənir. Təmirdən sonrakı şəkildə isə tamamilə abad görsənir. Həmin yaşıllıq şəxsən onun zəhməti əsasında olub. Bir gun bele bu istilərdə suyu gecikdirilməyib ki, ağac və gül kolları yanmasın. Səbail RİH-nin keçmiş başçısı X6 yolun üstündə yerləşən ev və obyektlərin səliqə sahmana salınması ilə bağlı vətəndaşlarla yığıncaq keçirmişdi. Təmirlə bağlı vətəndaşlara bəzi güzəştlərin olması barədə söz vermişdi. Həqiqətəndə təmirdən əvvəlki şəkillə sonrakı şəkil arasında çox böyük fərq var. Həm yaşıllıq həmdə səliqə göz qabağında. Şəkillərdən göründüyü kimi nə fasadda nə də torpaq üstü tikili barədə heç bir dəyişiklik edilməyib. Yeni materiallarla üzlənib və rənglənib. O əcaib tikanlı kolların yerində yaraşıqlı güllər və kollar əkilib. Tikanli kolları hələdə məhv etmək mümkün olmayib. Maraqlalanlar gəlib baxa bilər. Yabanı tez boy atan bitkidir. Nə icra nə bələdiyyə nə də Ekologiya Nazirliyinin strukturları nəyisə əkib becərib sulamayıblar. Şəxsən özü yol kənarı yaşıllığı, gözəlliyi tək başına qoruyub qulluq edir. Həttda yay aylarında istirahət zamanı istirahətə gedə bilmir heç kimə etibar etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi yoxdur və ona görə də də 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin barəmdə qəbul etdiyi qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Şikyətin təmin olunmasını, 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin “İnzibati tənbeh vermə” haqqında MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi X4 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam veriləməsinə əsaslar olmadığına görə şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 14 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5.000 (beş min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında verilmiş ifadələrdən, habelə inzibati xəta haqqında qəbul etmiş orqan tərəfindən təqdim olunmuş fotoşəkillərdən də göründüyü kimi, tikinti işləri aparılarkən 3 ağacın kökündən çıxarılması, 1 ədəd ağacın kəsilməsi öz təsdiqini tapır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, yalnız formal mülahizələrə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 26 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1671/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1671/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver