Məhkəmə qərarları › İş №3(009)-1672/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1672/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1672/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X9 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən BİUYİ Kaspian Ltd şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə müəyyən olunmuş inzibati hüquq pozuntusunu törətməsinə dair 21 iyul 2023-cü il tarixində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. BİUYİ Kaspian Ltd şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri X9 “İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati hüquq pozuntusu törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmasına əsas X10 şikayəti əsasında toplanmış araşdırma materialları olmuşdur. X10 X15 Xidmətinə etdiyi müraciəti əsasında və şikayətçinin təqdim etdiyi sənədlər əsasında araşdırma aparılmış, BİUYİ Kaspian Ltd şirkəti ilə X18 arasında bağlanmış əmək müqaviləsi, işçinin işə qəbuluna dair əmr, məzuniyyətə buraxılmasına dair sənədlər, əmək haqqı və məzuniyyətlərin hesablanması, ödənilməsini təsdiq edən ödəniş sənədləri və inzibati hüququ pozuntusunun törədilməməsinə dair aparılan araşdırmaya yazılı izahatlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı apardığı araşdırmaya dair tərtib etdiyi 21 iyul 2023-cü il tarixili MN № ******* nömrəli inzibati xəta haqqında protokol ilə müəyyən etmişdir ki, X10 əmək müqaviləsinə 21.06. 2023-cü il tarixində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən ƏM-nin 172.4-cü maddəsinin ( İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərini pozaraq əmək və məzuniyyət haqları düzgün hesablanmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı 21 iyul 2023-cü il tarixili MN № ******* saylı protokolun tərtib olunmasında yanlış olaraq X10 əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 172.4-cü maddəsinin tələblərinin pozulması, əmək və məzuniyyət haqlarının düzgün hesablanmamasını fakt kimi qəbul etmiş, təqdim edilmiş sənədlər- əmək müqavilələri, işə qəbul əmri, işçinin işlə təmin edilməsinə dair cədvəllər, gəminin icarədən çıxarılmasına dair sənədlər, işçinin məzuniyyətə buraxılmasına dair sənədlər, əmək haqqı və məzuniyyətlərin hesablanması, ödənilməsini təsdiq edən ödəniş sənədləri və aparılan araşdırmaya yazılı izahatım nəzərə alınmamışdır. Aparılan araşdırma ilə tərdim etdiyim sənədlər və izahat sübut kimi obyektiv qiymətləndirilməmişdir. Hüququ pozuntusuna dair Əmək Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin normaları düzgün tətbiq edilməmişdir. X18 ilə BİUYİ Kaspian Ltd şirkəti arasında 14.09. 2011-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xx.xx.2013-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2015-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə, xx.xx.2018-ci il tarixdə və 09. 06.2020-ci il tarixdə dəyişiklik edilmişdir. “BUE Caspian Limited” şirkəti ilə X18 arasında bağlanmış 14.09. 2011-ci il tarixli əmək müqavilənin 3-cü maddəsi ilə işçinin iş yerinin şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. “BUE Caspian Limited” şirkəti ilə X18 arasında bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd etdiyim tarixlərdə edilmiş əlavə və dəyişikliklərlə müqavilənin 3-cü maddəsinə əlavələr və dəyişiklik edilməmişdir. Əmək müqaviləsi ilə işçinin iş yeri şirkətin gəmilərində və sahil obyektində olması dəyişməz olaraq qalmışdır. “BUE Caspian Limited” şirkəti ilə X18 arasında bağlanmış 14.09. 2011-ci il tarixli əmək müqaviləsinin “İşçinin vəzifəsi”ni müəyyən edən 2-ci maddəsi ilə işçinin vəzifəsi, əmək funksiyası müəyyən olunmuşdur. Əmək müqaviləsinin həmin maddəsi ilə işçi şirkətin nizamnaməsinə uyğun olaraq iqtisadi fəaliyyətini, yəni gəmi idarəçiliyinin təminatını yerinə yetirmək üçün tələb olunan istənilən işləri həyata keçirmək məqsədi ilə tərcüməçi vəzifəsinə işə götrülmüşdür. xx.xx.2013-cü il tarixli əmək müqaviləsi ilə işçinin vəzifəsinə dəyişiklik edilməmişdir. Əmək müqaviləsinin işçinin vəzifələrini müəyyənləşdirən 2-ci maddəsindən göründüyü kimi ilə işçi şirkətin nizamnaməsinə uyğun olaraq iqtisadi fəaliyyətini, yəni gəmi idarəçiliyinin təminatını yerinə yetirmək üçün tələb olunan istənilən işləri həyata keçirmək məqsədi ilə tərcüməçi vəzifəsinə işə götrülmüşdür. xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin 1.2-ci maddəsi ilə işçi şirkətin nizamnaməsinə uyğun olaraq iqtisadi fəaliyyətini, yəni gəmi idarəçiliyinin təminatını yerinə yetirmək üçün tələb olunan istənilən işləri həyata keçirmək məqsədi ilə tərcüməçi vəzifəsinə işə götrülmüşdür. Əmək müqaviləsinə 01. 07. 2016-cı il tarixdə edilmiş dəyişikliklə “tərcümə və gəmi işləri üzrə administrator” vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsi və xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə işçinin vəzifəsi dəyişdirilməmiş tərcümə və gəmi işləri üzrə administrator” vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqavilənin 5-ci maddəsi ilə müəyyən edilmişdir ki, “ İşçiyə gəmidə işlədiyi və müvafiq olaraq növbədən kənar olduğu hər günə görə 30,66 ABŞ dolları məbləğinin Azərbaycan Respublikası Milli Bankının həmin gün üçün təyin etdiiy valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentində maaş ödənilir. 01.04. 2013-cü il tarixli əmək müqaviləsinin 5-ci maddəsi ilə işçiyə gəmidə işlədiyi hər günə görə 47.10 ABŞ dolları və növbədən kənar olduğu hər günə görə 31,40 ABŞ dolları məbləğinin Azərbaycan Respublikası Milli Bankının həmin gün üçün təyin etdiyi valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentində maaş ödənilməsi müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli əmək müqaviləsi ilə əmək haqqı 951,16 manat, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ilə 1273,39 manat, əmək müqaviləsinin əmək haqqını müəyyən edən 1.3-cü maddəsinin 5-ci bəndinə görə işçiyə gəmidə işlədiyi hər günə görə 68,57 AZN və növbədənkənar olduğu hər günə görə 16,33 AZN manat məbləğində əmək haqqı müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə 1273,39 manat, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə 1470 manat, əmək müqaviləsi ilə əmək haqqını müəyyən edən 1.3-cü maddənin 5-ci bəndinə görə işçiyə gəmidə işlədiyi hər günə görə 79 AZN və növbədənkənar olduğu hər günə görə 19 AZN manat məbləğində əmək haqqı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli işçiyə əmək müqaviləsi ilə 1470 manat əmək haqqı müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqavilənin 7-ci maddəsi ilə məzuniyyət müddəti müəyyən edilmişdir. Müqavilənin həmin bəndi ilə işçinin əmək məzuniyyətindən istifadə etmə müddəti 21 gün müəyyən edilmişdir. X18 ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin 7-ci maddəsi ilə məzuniyyət müddəti 21 gün müəyyən olunmuşdur. Həmin tarixdən sonra əmək müqaviləsinə edilmiş dəyişikliklə işçinin məzuniyyət müddətinə dəyişiklik edilməmişdir. X10 işdən azad edilməsi barədə ərizə ilə BİYUİ Kaspian Ltd şirkətinə müraciət etmişdir. X18 ilə BİUYİ Kaspian Ltd şirkəti arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X10 işdən azad edilməsi barədə BİYUİ Kaspian Ltd şirkətinin X7 Drozdov tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-114-23Ç saylı əmr verilmişdir. Əmrin 2-ci bəndi ilə şirkətin maliyyə departamentinə X4 haqq-hesabın verilməsini təmin etməsi tapşırılmışdır. X18 ilə BİYUİ Kaspian Ltd şirkəti arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyi gün əmək haqqı və istifadə olunmayan məzuniyyət haqı hesablanaraq ödənilmişdir. X13 əmək müqaviləsi ilə müəyyən olunmuş əsaslarla əmək haqqı BİYUİ Kaspian Ltd şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri X17 tərəfindən hesablanmamış və ödənilməmişdir. “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin ofis işçilərinin, gəmi heyətinin əmək haqqı hesablanması şirkət tərəfindən, şirkətin maliyyə idarəsi tərəfindən deyil, “X3 B.V” şirkəti ilə 14 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin şirkət tərəfindən həyata keçrilmişdir. “BUE Caspian Limited” şirkətinin maliyyə departamentinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təsdiq olunmuş iş vaxtı, uçotu tabelləri “X3 B.V” şirkətinə təqdim edilir. Təqdim edilmiş sənədlər əsasında ofis işçilərinin, gəmi heyətinin əmək haqqı hesablanır. X10 əmək haqqı və istifadə olunmayan məzuniyyət haqqı “X3 B.V” şirkəti tərəfindən hesablanmışdır. “X3 B.V” şirkəti tərəfindən aparılmış hesablamalar əsasında X13 ödənişlər edilmişdir. BİYUİ Kaspian Ltd şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri X9 həmin şirkətdə “tərcümə və gəmi işləri üzrə administrator” vəzifəsində işləyən X10 əmək haqqı və istifadə olunmayan məzuniyyət haqının hesablanmasına aidiyyatı olmadığından Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə müəyyən olunan inzibati xətanı törədən subyekt deyil. X18 BİYUİ Kaspian Ltd şirkəti tərəfindən işdən azad olunmadan əvvəl 2023-cü ilin aprel-may aylarında Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüqularınm pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DƏMX-nin Bakı şəhəri idarəsinə ərizələrlə müraciət etmişdir. DƏMX-nin Bakı şəhəri idarəsi tərəfindən araşdırma aparılmış və 21 iyul 2023-cü il tarixində BİYUİ Kaspian Ltd şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri X9 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə müəyyən olunan inzibati xətanı törətməsinə dair MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolda X10 əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 172.4-cü maddəsinin tələblərinin pozulması, əmək və məzuniyyət haqlarının düzgün hesablanmaması qeyd edilsədə faktiki olaraq protokolda Z. Səfərovun əmək və məzuniyyət haqlarının düzgün hesablanmamasının nədə ifadə olunduğu qeyd edilməmişdir. 01 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə əməl edilmədən tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və inzibati xətanın mahiyyətinin nədə, hansı əməllərdə ifadə olunması qeyd edilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və inzibati xətanın mahiyyətinin nədə, hansı əməllərdə ifadə olunması qeyd edilmədiyindən Ziya Səfərovun əmək haqqı və məzuniyyət haqqının düzgün hesablanmamasının ilin hansı aylarında və nədə ifadə olunduğu müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 01 avqust 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, bildirmişdir ki, X17 etibarnamə əsasında işə götürən vəzifəsini həyata keçirmiş və İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun subyekti olmuşdur. Qərar düzgün və əsaslıdır. Odur ki, X9 verdiyi şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin səlahiyyətli nümayəndəsi X11 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, bildirmişdir ki, X10 əmək müqaviləsindən aydın olur ki, ona işlədiyi müddətdə bir iş ili üçün 21 təqvim günü məzuniyyət verilmişdir. Bunu BUE Caspian Limited şirkəti ilə yazışmalarda şirkət nümayəndələri də etiraf etmişlər. 21 təqvim günü məzuniyyətin verilməsi onunla əsaslandırılmışdır ki, guya Z.Səfərov AR X8 Xidmət Nizamnaməsinin Vİİİ fəslinə uyğun olaraq tərcümə və gəmi işləri üzrə administrator vəzifəsində işləmiş və texniki xidmət personalı olmuşdur. Bu tamamilə əsassızdır. Qeyd olunan Nizamnamədə tərcüməçi vəzifəsi qeyd edilməmişdir. Həmçinin, X18 ilə bağlanmış əmək müaviləsinin 2-ci maddəsində qeyd edilmişdir ki, işçinin əmək funksiyası AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid X6 ilə təyin edilmiş tərcüməçi vəzifəsinə aid olan vəzifə borclarından ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid X6-nda Tərcüməçi vəifəsinin Mütəxəssis vəzifəsi qeyd edilmişdir. Əmək Məclləsinin 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndinə əsasən məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Bununla da işçiyə məzuniyyətin verilməsində qanun pozuntusuna yol verilmiş və Z.Səfərovun işlədiyi illərdə istifadə edilməyən məzuniyyət günləri hər iş ili üçün 9 gün qalmışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. BUE Caspian Limited şirkəti tərəfindən işçiyə son haqq hesab verilərkən məzuniyyət günləri 21 gündən hesablanmışdır. Bununla da son haqq hesabın verilməsində qanun pozuntusuna yol verilmişdir. Bundan əlavə, Topaz Arrow gəmisi icarəsi ilə bağlı yaranmış məsələ ilə əlaqədar Z.Səfərov xx.xx.2022-ci il tarixdə gəmidən düşürülmüş, yenidən xx.xx.2023-cü il tarixdə gəmiyə (işə) qayıtmış, xx.xx.2023-cü il tarixə qədər işdə olmuşdur. X18 ilə bağlanmış əmək müaviləsinin 4-cü maddəsində qeyd edilir ki, növbə vaxtları adətən 6 həftə təşkil edir. İşin xarakteri və istehsalat zərurəti tələb edərsə növbə vaxtı şirkətin nümayəndəsi tərəfindən uzadıla və ya qısaldıla bilər. Şirkətin nümayəndəsi bildirir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işçinin növbəsidir və o adətən nəzərdə tutulmuş müddətə nisbətən qısaldılmışdır. Əmək müqaviləsinin həmin maddəsində qeyd edilmişdir ki, işçiyə vaxtamuzd işlədiyi hər gün üçün vaxtamuzdan sonra haqqı ödənilən istirahət günü verilir. Bu zaman belə nəticəyə gəlmək olar ki, 13 gün növbə müddətindən sonra Z.Səfərova 13 gün istirahət verilməli idi. Lakin bunun əvəzinə 9 gün verilmişdir. Lakin həqiqətdə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faktiki boşdayanma halı yaranmışdır. Belə ki, əslində Z.Səfərovun növbə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6 həftəlik olmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında boşdayanma faktı olmuş, lakin qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmişdir. Əmək Məcəlləsinin 169.cu maddəsinin 1-ci hissəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Şirkət nümayəndələri etiraf edirlər ki, boşdayanmaya görə Z.Səfərova ödəniş olunmayıb. Bundan başqa, şikayətçi idda edir ki barəsində inzibati tənbehvermə qərarı verilmiş şəxs X17 inzibati xəta pozuntusunun subyekti deyil. Ziya Səfərovun ƏMAS üzərindən əmək müqaviləsinə xitam verilməsi bildirişindən məlum olur ki, onun əmək müaviləsinə xitam verilməsi haqqında əmri Sevda Məmmədova vermiş və imzalamışdır. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmək müaviləsi bildirişi X12 əli qızı tərəfindən elektron imza ilə daxil edilmişdir. X2 ƏMAS üzərindən əmək müqaviləsi bildirişlərinə əsasən sonuncu işəgötürən səlahiyyətlərinin yerinə yetirən şəxsdir. Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsidir. X9 nümayəndəsinin təqdim etdiyi etibarnamə sübut edir ki, Sevda Məmmədova həmin etibarnamə əsasında işəgötürən vəzifəsini həyata keçirir və o İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun subyektidir. Odur ki, X9 verdiyi şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən ƏM-nin 172.4-cü maddəsinin tələblərinin pozularaq, əmək və məzuniyyət haqları düzgün hesablanıb ödənilməmişdir. Nəticədə “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin meneceri X17 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1000 (bir min) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X17 işəgötürən “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin səlahiyyətli şəxsi qismində X18 ilə bağlanmış əmək müqaviləsini elektron informasiya sistemində qeydiyyata almışdır. İş materiallarında olan xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-ci il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il tarixli X10 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 müddətsiz əmək müqaviləsi ilə “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin tərcüməçi, tərcümə və gəmi işləri üzrə administrator vəzifəsinə işə qəbul edilmiş, onunla işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs qismində əmək müqaviləsini X17 bağlamışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X17 “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin region üzrə HR Meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, X17 “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin gündəlik fəaliyyətlərini idarə etmək, Nümayəndəliyi dövlət orqanları, bələdiyyələr, kommersiya və qeyri-kommersiya təşkilatları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Nümayəndəliyin kommersiya biznesi daxil olmaqla hər hansı kontraktları Region üzrə X21 adından imzalamaq səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X17 “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi olmaqla, ona nümayəndəliyinin gündəlik fəaliyyətlərini idarə etmək səlahiyyəti verilmiş və “BUE Caspian Limited” şirkətinin Azərbaycan Rerspublikasındakı nümayəndəliyinin vəzifəli şəxsi olmuşdur. Beləliklə də, X9 vəzifəli şəxs olaraq 192.4-cü maddənin tələblərinin pozaraq inzibati xətanı törətməsi faktı iş materialları ilə sübut olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 76, 84, 128-130, 133-135, 194-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar